https://sputnik.az/20240610/saglam-bagirsaqlar-ve-ariqlamagin-sirri---ngilis-alimlerden-unikal-pehriz-465052277.html
Sağlam bağırsaqlar və arıqlamağın sirri - İngilis alimlərdən unikal pəhriz
Sağlam bağırsaqlar və arıqlamağın sirri - İngilis alimlərdən unikal pəhriz
Sputnik Azərbaycan
Alimlər bu cür qidalanmanın orqanizmdə yağ oksidləşməsini sürətləndirən müəyyən zülal molekullarının istehsalını gücləndirdiyini müəyyən ediblər. 10.06.2024, Sputnik Azərbaycan
2024-06-10T00:30+0400
2024-06-10T00:30+0400
2024-06-10T00:30+0400
pəhriz
elm
sağlamlıq
bağırsaq
mədə-bağırsaq xəstəlikləri
arıqlamaq
aclıq
https://cdnn1.img.sputnik.az/img/07e8/04/03/463685849_0:0:3070:1728_1920x0_80_0_0_47cefea783fbc0f84ebbc0c63856c38d.jpg
BAKI, 10 iyun — Sputnik. İngiltərə jurnalında qeyd edilib ki, fasiləli ac qalmaq bağırsağın sağlam qalmasına kömək edir. Arizona Universitetinin alimləri müəyyən ediblər ki, ac qalaraq rasiona zülal məhsullarını əlavə etmək bağırsaq mikrobiomunun tərkibini yaxşılaşdırır və effektiv şəkildə çəki atmağa kömək edir. Tədqiqatın nəticələri İngiltərin "Nature Communications" jurnalında dərc edilib. Səkkiz həftəlik təcrübədə 30-65 yaş arası artıq çəkidən əziyyət çəkən 41 nəfər iştirak edib. Sınaqdan keçənləri iki qrupa bölüblər. Birinci qrupa fasilələrlə ac qalmaq tapşırılıb. Fasiləli ac qalmaq - müəyyən vaxt müddətində (əksər hallarda hesab saatlara gedir) insanın tamamilə yeməksiz qaldığı bir qidalanma növüdür. Tədqiqatda ac qalmaq dövrü kimi hansı müddətin təyin edildiyi dəqiqləşdirilməyib. Qeyd olunur ki, sınaqdan keçənlər gündə 4-5 dəfə qida qəbul ediblər və rasionun əsasını zülal məhsulları təşkil edib. İkinci qrupdan olan könüllülər isə kalorinin məhdudlaşdırılmasını nəzərdə tutan pəhrizə riayət etməli idilər. Nəticələr göstərib ki, zülal qəbulu ilə fasiləli ac qalan birinci qrupdakı iştirakçıların bağırsaqlarında faydalı bakteriyaların sayı artıb. Alimlər həmçinin bu cür qidalanmanın orqanizmdə yağ oksidləşməsini sürətləndirən müəyyən zülal molekullarının (sitokinlər) istehsalını gücləndirdiyini də müəyyən ediblər. Tədqiqatçıların fikrincə, hər iki qrupda orta həftəlik kalori qəbulu eyni olsa da, birinci qrupdakı iştirakçılar ümumi çəkidə və yağ kütləsində daha çox azalma əldə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/03/463685849_261:0:2992:2048_1920x0_80_0_0_38323a7f95944f5fba990a1e906b57e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pəhriz, sağlamlıq, bağırsaq, mədə-bağırsaq xəstəlikləri, arıqlamaq, aclıq
pəhriz, sağlamlıq, bağırsaq, mədə-bağırsaq xəstəlikləri, arıqlamaq, aclıq
Sağlam bağırsaqlar və arıqlamağın sirri - İngilis alimlərdən unikal pəhriz
Alimlər bu cür qidalanmanın orqanizmdə yağ oksidləşməsini sürətləndirən müəyyən zülal molekullarının istehsalını gücləndirdiyini müəyyən ediblər.
BAKI, 10 iyun — Sputnik. İngiltərə jurnalında qeyd edilib ki, fasiləli ac qalmaq bağırsağın sağlam qalmasına kömək edir.
Arizona Universitetinin alimləri müəyyən ediblər ki, ac qalaraq rasiona zülal məhsullarını əlavə etmək bağırsaq mikrobiomunun tərkibini yaxşılaşdırır və effektiv şəkildə çəki atmağa kömək edir.
Tədqiqatın nəticələri İngiltərin "Nature Communications" jurnalında dərc edilib.
Səkkiz həftəlik təcrübədə 30-65 yaş arası artıq çəkidən əziyyət çəkən 41 nəfər iştirak edib. Sınaqdan keçənləri iki qrupa bölüblər. Birinci qrupa fasilələrlə ac qalmaq tapşırılıb. Fasiləli ac qalmaq - müəyyən vaxt müddətində (əksər hallarda hesab saatlara gedir) insanın tamamilə yeməksiz qaldığı bir qidalanma növüdür.
Tədqiqatda ac qalmaq dövrü kimi hansı müddətin təyin edildiyi dəqiqləşdirilməyib. Qeyd olunur ki, sınaqdan keçənlər gündə 4-5 dəfə qida qəbul ediblər və rasionun əsasını zülal məhsulları təşkil edib. İkinci qrupdan olan könüllülər isə kalorinin məhdudlaşdırılmasını nəzərdə tutan pəhrizə riayət etməli idilər.
Nəticələr göstərib ki, zülal qəbulu ilə fasiləli ac qalan birinci qrupdakı iştirakçıların bağırsaqlarında faydalı bakteriyaların sayı artıb. Alimlər həmçinin bu cür qidalanmanın orqanizmdə yağ oksidləşməsini sürətləndirən müəyyən zülal molekullarının (sitokinlər) istehsalını gücləndirdiyini də müəyyən ediblər.
Tədqiqatçıların fikrincə, hər iki qrupda orta həftəlik kalori qəbulu eyni olsa da, birinci qrupdakı iştirakçılar ümumi çəkidə və yağ kütləsində daha çox azalma əldə ediblər.