https://sputnik.az/20240610/rusiyanin-argentinadaki-sefiri-rusiyani-legv-etmek-mumkun-deyil-465284808.html
Səfir: Rusiyanı "ləğv etmək mümkün deyil"
Səfir: Rusiyanı "ləğv etmək mümkün deyil"
Sputnik Azərbaycan
Rusiyanın tarixi misilsiz qəhrəmanlıq və fədakarlıqlarla doludur... Anti-Rusiya sanksiyaları tətbiq edənlər və döyüş meydanında Rusiyanın "strateji... 10.06.2024, Sputnik Azərbaycan
2024-06-10T23:24+0400
2024-06-10T23:24+0400
2024-06-10T23:25+0400
argentina
siyasət
səfir
ləğv
ləğv olunma
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0a/449491046_0:160:3072:1888_1920x0_80_0_0_06749dd1b08ae78790da4f95dee3d9fe.jpg
BAKI, 10 iyun — Sputnik. Anti-Rusiya sanksiyaları tətbiq edənlər tarixin dərslərini yaxşı öyrənməlidirlər. Bunu Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov Argentinanın "Diario popular" və "Noticias Urbanas" qəzetləri üçün məqaləsində bildirib. "Biz dövlətçiliyin və azadlığın qorunub saxlanması üçün son dərəcə yüksək qiymət ödəmişik... Rusiyanın tarixi misilsiz qəhrəmanlıq və fədakarlıqlarla doludur... Anti-Rusiya sanksiyaları tətbiq edənlər və döyüş meydanında Rusiyanın "strateji məğlubiyyətinin" tərəfdarı olanlar tarixin dərslərini yaxşı öyrənməlidirlər" – səfir qeyd edib. O xatırladıb ki, İkinci Dünya Müharibəsi illərində sovet qoşunları Maydanek, Osvensim, Zaksenhauzen, Ravensbrük kimi böyük və bədnam nasist həbs düşərgələrini azad ediblər. Lakin Qərb məktəblərində uşaqlara bu barədə məlumat verilmir. "Biz faktiki olaraq Avropa dövlətlərindəki xalqlarının köləliyinin qarşısını almışıq. Onların hökumətləri isə bu gün Ukraynanı neo-nasist rejiminə qarşı mübarizə aparan rusiyalı əsgər və zabitlərin öldürülməsi üçün milyardlarla dollar dəyərində silah və hərbi texnika ilə doldurur. Bu, nəinki xilas olduqları üçün öz xilaskarlarına qarşı tarixi nankorluk, həm də faşizm qurbanlarının xatirəsi qarşısında törədilən cinayətdir" - Feoktistov hesab edir. "Rusiya sivilizasiya dövlətidir, bizi məğlub etmək və ya "ləğv etmək"mümkün deyil. Düşmənlərimiz nə qədər istəsə də, biz öz yolumuzdan çıxmayacağıq və yox olmayacağıq. Böyük sarsıntılardan sonra, haqq uğrunda mübarizədə itkilərin acısını yaşayaraq, birliyimiz və gücümüz hər dəfə daha da artır. Həmfikirlərimizlə birlikdə hər kəsin təhlükəsizlik və inkişaf hüquqlarının bərabər olduğu ədalətsizlik, əziyyət və diktat olmadan yeni dünyanın inşasını davam etdirəcəyik" - diplomat əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0a/449491046_171:0:2902:2048_1920x0_80_0_0_060986a66dfff932f41494cdc1cfa01a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
argentina, səfir, ləğv, ləğv olunma
argentina, səfir, ləğv, ləğv olunma
Səfir: Rusiyanı "ləğv etmək mümkün deyil"
23:24 10.06.2024 (Yenilənib: 23:25 10.06.2024) Rusiyanın tarixi misilsiz qəhrəmanlıq və fədakarlıqlarla doludur... Anti-Rusiya sanksiyaları tətbiq edənlər və döyüş meydanında Rusiyanın "strateji məğlubiyyətinin" tərəfdarı olanlar tarixin dərslərini yaxşı öyrənməlidirlər.
BAKI, 10 iyun — Sputnik. Anti-Rusiya sanksiyaları tətbiq edənlər tarixin dərslərini yaxşı öyrənməlidirlər.
Bunu Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov Argentinanın "Diario popular" və "Noticias Urbanas" qəzetləri üçün məqaləsində bildirib.
"Biz dövlətçiliyin və azadlığın qorunub saxlanması üçün son dərəcə yüksək qiymət ödəmişik... Rusiyanın tarixi misilsiz qəhrəmanlıq və fədakarlıqlarla doludur... Anti-Rusiya sanksiyaları tətbiq edənlər və döyüş meydanında Rusiyanın "strateji məğlubiyyətinin" tərəfdarı olanlar tarixin dərslərini yaxşı öyrənməlidirlər" – səfir qeyd edib.
O xatırladıb ki, İkinci Dünya Müharibəsi illərində sovet qoşunları Maydanek, Osvensim, Zaksenhauzen, Ravensbrük kimi böyük və bədnam nasist həbs düşərgələrini azad ediblər. Lakin Qərb məktəblərində uşaqlara bu barədə məlumat verilmir.
"Biz faktiki olaraq Avropa dövlətlərindəki xalqlarının köləliyinin qarşısını almışıq. Onların hökumətləri isə bu gün Ukraynanı neo-nasist rejiminə qarşı mübarizə aparan rusiyalı əsgər və zabitlərin öldürülməsi üçün milyardlarla dollar dəyərində silah və hərbi texnika ilə doldurur. Bu, nəinki xilas olduqları üçün öz xilaskarlarına qarşı tarixi nankorluk, həm də faşizm qurbanlarının xatirəsi qarşısında törədilən cinayətdir" - Feoktistov hesab edir.
"Rusiya sivilizasiya dövlətidir, bizi məğlub etmək və ya "ləğv etmək"mümkün deyil. Düşmənlərimiz nə qədər istəsə də, biz öz yolumuzdan çıxmayacağıq və yox olmayacağıq. Böyük sarsıntılardan sonra, haqq uğrunda mübarizədə itkilərin acısını yaşayaraq, birliyimiz və gücümüz hər dəfə daha da artır. Həmfikirlərimizlə birlikdə hər kəsin təhlükəsizlik və inkişaf hüquqlarının bərabər olduğu ədalətsizlik, əziyyət və diktat olmadan yeni dünyanın inşasını davam etdirəcəyik" - diplomat əlavə edib.