ELM

Qrenlandiya buzlarında nəhəng viruslar aşkar edilib

© AFP 2024 / Kerem YücelQrenlandiya
Qrenlandiya - Sputnik Azərbaycan, 1920, 10.06.2024
Abunə olmaq
Virusların qar yosunları ilə qidalandığı ehtimal edilir. Onlar, həmçinin yosunların çiçəklənməsinə nəzarət etmək üçün təbii mexanizm kimi çıxış edə bilərlər.
BAKI, 10 iyun — Sputnik. Danimarkanın Orhus Universitetinin alimləri Qrenlandiyanın buz təbəqəsində buzun əriməsini ləngidə bilən nəhəng viruslar aşkar ediblər.
Araşdırmanın nəticələri "Microbiome" jurnalında dərc olunub.
Virusların qar yosunları ilə qidalandığı ehtimal edilir. Onlar, həmçinin yosunların çiçəklənməsinə nəzarət etmək üçün təbii mexanizm kimi çıxış edə bilərlər. Yosunların böyüməsi buzun günəş işığını əks etdirmə qabiliyyətini və bununla da səthin ərimə gücü qabiliyyətini azaldır. Bu səbəbdən viruslar buzlaqların parçalanmasını ləngidə bilirlər.
Elm adamları virus hissəciklərinin özlərini müşahidə etməsələr də, tünd buz, qırmızı qar (piqmentli yosunlarla rənglənmiş) və ərimə dəlikləri (kriyokonitlər) nümunələrini analiz edərək virus DNT-ni müəyyən ediblər. DNT-nin canlı və aktiv viruslardan gəldiyi sübut edilib.
Tipik virusların ölçüsü 20-200 nanometr, tipik bakteriyaların ölçüsü isə 2-3 mikrometrdir. Bununla belə, ilk olaraq 1981-ci ildə okeanda kəşf edilən nəhəng viruslar 2,5 mikrometrə qədər böyüyür ki, bu da əksər bakteriyalardan daha böyükdür. Bu viruslar müxtəlif mühitlərdə, o cümlədən torpaqda və hətta insan orqanizmində yaşayırlar, lakin buzun səthində ilk dəfədir ki, tapılırlar.
Xəbər lenti
0