https://sputnik.az/20240610/qlobal-istilesme-rekordu-yenilenib-465200781.html
Qlobal istiləşmə rekordu yenilənib
Qlobal istiləşmə rekordu yenilənib
Sputnik Azərbaycan
2014-cü ildən 2023-cü ilə qədər son on il ərzində insan tərəfindən törədilən istiləşmə sənayedən əvvəlki səviyyədən 1,19 dərəcə Selsiyə yüksəlib. 10.06.2024, Sputnik Azərbaycan
2024-06-10T08:11+0400
2024-06-10T08:11+0400
2024-06-10T08:11+0400
qlobal istiləşmə
dünya xəbərləri
paris
istixana
istixana effekti
qaz
selsi
karbon tullantıları
https://cdnn1.img.sputnik.az/img/07e7/07/15/457008778_0:130:2479:1524_1920x0_80_0_0_a9bd6e757299feefb4ddec9acafa2f03.jpg
BAKI, 10 iyun — Sputnik. Lids Universitetinin (Böyük Britaniya) alimləri qlobal istiləşmə sürətinin rekord yenilədiyini aşkar ediblər. Tədqiqatın nəticələri "Earth System Science Data" jurnalında dərc edilib və "Phys.org" saytındakı press-relizdə qısa şəkildə təsvir edilib. İqlimşünasların hesabatına görə, 2014-cü ildən 2023-cü ilə qədər son on il ərzində insan tərəfindən törədilən istiləşmə sənayedən əvvəlki səviyyədən 1,19 dərəcə Selsiyə yüksəlib. Eyni zamanda, ötən ilki hesabatda 2013-2022-ci illər üçün 1,14 dərəcə Selsi artımı göstərilib. 2023-cü ilə ayrı-ayrılıqda baxsaq, insanların fəaliyyətindən irəli gələn istiləşmə Selsi üzrə 1,3 dərəcəyə çatıb. Bu, ümumiyyətlə, El Niñonun təsiri də daxil olmaqla təbii iqlim dəyişkənliyini ehtiva edən ümumi istiləşmədən (1,43 dərəcə Selsi) aşağıdır. Mütəxəssislər xəbərdarlıq ediblər ki, 1,5 dərəcə Selsi həddinə çatmaq üçün qalan karbon büdcəsi (Paris Sazişinin hədəfi) təxminən 200 gigatondur ki, bu da cari tullantıların cəmi beş ilinə bərabərdir. İqlimşünaslar qeyd ediblər ki, istiləşmə il ərzində, təxminən 53 milyard ton karbon qazı təşkil edən yüksək istixana qazı tullantıları və aerozolların soyuducu təsirini azaldan kükürd tullantılarının azalması hesabına havanın keyfiyyətinin yaxşılaşması ilə bağlıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/15/457008778_138:0:2342:1653_1920x0_80_0_0_4a840bb71063561845fc68e436f1db27.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qlobal istiləşmə, paris, istixana, istixana effekti, qaz, selsi, karbon tullantıları
qlobal istiləşmə, paris, istixana, istixana effekti, qaz, selsi, karbon tullantıları
Qlobal istiləşmə rekordu yenilənib
2014-cü ildən 2023-cü ilə qədər son on il ərzində insan tərəfindən törədilən istiləşmə sənayedən əvvəlki səviyyədən 1,19 dərəcə Selsiyə yüksəlib.
BAKI, 10 iyun — Sputnik. Lids Universitetinin (Böyük Britaniya) alimləri qlobal istiləşmə sürətinin rekord yenilədiyini aşkar ediblər.
Tədqiqatın nəticələri "Earth System Science Data" jurnalında dərc edilib və "Phys.org" saytındakı press-relizdə qısa şəkildə təsvir edilib.
İqlimşünasların hesabatına görə, 2014-cü ildən 2023-cü ilə qədər son on il ərzində insan tərəfindən törədilən istiləşmə sənayedən əvvəlki səviyyədən 1,19 dərəcə Selsiyə yüksəlib. Eyni zamanda, ötən ilki hesabatda 2013-2022-ci illər üçün 1,14 dərəcə Selsi artımı göstərilib.
2023-cü ilə ayrı-ayrılıqda baxsaq, insanların fəaliyyətindən irəli gələn istiləşmə Selsi üzrə 1,3 dərəcəyə çatıb. Bu, ümumiyyətlə, El Niñonun təsiri də daxil olmaqla təbii iqlim dəyişkənliyini ehtiva edən ümumi istiləşmədən (1,43 dərəcə Selsi) aşağıdır.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, 1,5 dərəcə Selsi həddinə çatmaq üçün qalan karbon büdcəsi (Paris Sazişinin hədəfi) təxminən 200 gigatondur ki, bu da cari tullantıların cəmi beş ilinə bərabərdir.
İqlimşünaslar qeyd ediblər ki, istiləşmə il ərzində, təxminən 53 milyard ton karbon qazı təşkil edən yüksək istixana qazı tullantıları və aerozolların soyuducu təsirini azaldan kükürd tullantılarının azalması hesabına havanın keyfiyyətinin yaxşılaşması ilə bağlıdır.