https://sputnik.az/20240610/qarayaraya-yoluxanlarin-son-durumu-aciqlandi-465226470.html
Azərbaycanda daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib - RƏSMİ
Azərbaycanda daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib - RƏSMİ
Sputnik Azərbaycan
Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir. 10.06.2024, Sputnik Azərbaycan
2024-06-10T11:54+0400
2024-06-10T11:54+0400
2024-06-10T12:09+0400
xəstəxana
səhiyyə
xəstə
qarayara
kliniki tibbi mərkəz
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455431_0:0:1921:1080_1920x0_80_0_0_41dd66231026e914f619f2465dc43dd1.jpg
BAKI, 10 iyun — Sputnik. Azərbaycanda daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib. Bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.Bildirilib ki, iyunun 7-də Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən birində qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.Digər iki şəxsdən isə qarayara şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də qarayara xəstəliyi diaqnozu təsdiqlənib.Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir. Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb. Xatırladaq ki, qarayara xəstəliyi zoonoz infeksiyadır və insandan-insana ötürülmür. 07.06.24Kliniki Tibbi Mərkəz qarayara xəstəliyinin yayılması ilə bağlı açıqlama yayıb. KTM dan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, 06.06.2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub. Hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455431_0:0:1707:1280_1920x0_80_0_0_13f181761a2d9720875c8e69797d8a3e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəstəxana, xəstə, qarayara, kliniki tibbi mərkəz
xəstəxana, xəstə, qarayara, kliniki tibbi mərkəz
Azərbaycanda daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib - RƏSMİ
11:54 10.06.2024 (Yenilənib: 12:09 10.06.2024) Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.
BAKI, 10 iyun — Sputnik. Azərbaycanda daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib.
Bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Bildirilib ki, iyunun 7-də Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən birində qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.
Digər iki şəxsdən isə qarayara şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də qarayara xəstəliyi diaqnozu təsdiqlənib.
Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.
Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb.
Xatırladaq ki, qarayara xəstəliyi zoonoz infeksiyadır və insandan-insana ötürülmür.
Kliniki Tibbi Mərkəz qarayara xəstəliyinin yayılması ilə bağlı açıqlama yayıb. KTM dan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, 06.06.2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub. Hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.
Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.