https://sputnik.az/20240610/muxtar-babayev-xezer-denizinin-seviyyesinin-asagi-dusmesinin-sebebini-acilqladi-465268314.html
Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəbini açıqladı
Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəbini açıqladı
Sputnik Azərbaycan
"Caspian Blue Horizons Workshop"un əsas məqsədi tətbiqi elmlər sahəsi üzrə ixtisaslaşmış ekspertlər və biznes nümayəndələri arasında əməkdaşlığı təşviq... 10.06.2024, Sputnik Azərbaycan
2024-06-10T14:50+0400
2024-06-10T14:50+0400
2024-06-10T15:06+0400
muxtar babayev
cəmiyyət
xəzər dənizi
nazir
səviyyə
suyun səviyyəsi
dəniz səviyyəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463929630_0:67:1280:787_1920x0_80_0_0_c72dd5720a8744d5d9b18867559b62c4.jpg
BAKI, 10 iyun — Sputnik. Son onilliklərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi qlobal istiləşmənin nəticələrini açıq şəkildə xatırladır. Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş "Caspian Blue Horizons" tədbirində deyib. O qeyd edib ki, bu problem regionun ekoloji sabitliyini təmin etmək üçün təcili tədbirlər görülməsini tələb edir. Onun sözlərinə görə, "Caspian Blue Horizons Workshop"un əsas məqsədi tətbiqi elmlər sahəsi üzrə ixtisaslaşmış ekspertlər və biznes nümayəndələri arasında əməkdaşlığı təşviq etməkdir: "Bu sektorları bir araya gətirməklə biz Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və ekoloji dəyişikliklər ilə bağlı problemləri həll etmək üçün innovativ həllər və effektiv strategiyalar hazırlaya bilərik". M.Babayev Xəzər dənizi hövzəsi dövlətlərinin nümayəndələrinin monitorinq, qiymətləndirmə və məlumat mübadiləsinə dair Protokolun ("Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası – red.) müzakirəsi üçün vaxtaşırı bir araya gəldiyini də vurğulayıb. Nazir bu təşəbbüsün Xəzər dənizində ekoloji vəziyyətin monitorinqi üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463929630_72:0:1209:853_1920x0_80_0_0_83f3d5e32608cc836ed73f7793741da1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muxtar babayev, xəzər dənizi, nazir, səviyyə, suyun səviyyəsi, dəniz səviyyəsi
muxtar babayev, xəzər dənizi, nazir, səviyyə, suyun səviyyəsi, dəniz səviyyəsi
Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəbini açıqladı
14:50 10.06.2024 (Yenilənib: 15:06 10.06.2024) "Caspian Blue Horizons Workshop"un əsas məqsədi tətbiqi elmlər sahəsi üzrə ixtisaslaşmış ekspertlər və biznes nümayəndələri arasında əməkdaşlığı təşviq etməkdir.
BAKI, 10 iyun — Sputnik. Son onilliklərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi qlobal istiləşmənin nəticələrini açıq şəkildə xatırladır.
Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş "Caspian Blue Horizons" tədbirində deyib.
O qeyd edib ki, bu problem regionun ekoloji sabitliyini təmin etmək üçün təcili tədbirlər görülməsini tələb edir.
Onun sözlərinə görə, "Caspian Blue Horizons Workshop"un əsas məqsədi tətbiqi elmlər sahəsi üzrə ixtisaslaşmış ekspertlər və biznes nümayəndələri arasında əməkdaşlığı təşviq etməkdir:
"Bu sektorları bir araya gətirməklə biz Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və ekoloji dəyişikliklər ilə bağlı problemləri həll etmək üçün innovativ həllər və effektiv strategiyalar hazırlaya bilərik".
M.Babayev Xəzər dənizi hövzəsi dövlətlərinin nümayəndələrinin monitorinq, qiymətləndirmə və məlumat mübadiləsinə dair Protokolun ("Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası – red.) müzakirəsi üçün vaxtaşırı bir araya gəldiyini də vurğulayıb.
Nazir bu təşəbbüsün Xəzər dənizində ekoloji vəziyyətin monitorinqi üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.