Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ka-52 döyüş helikopteri ilk dəfə Misirdə nümayiş etdiriləcək - Rosoboroneksport

© Sputnik / Кирилл Нортон / Mediabanka keçidKa-52 helikopterləri
Ka-52 helikopterləri - Sputnik Azərbaycan, 1920, 10.06.2024
Abunə olmaq
Daha əvvəl Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Vladimir Kojin Ka-52-ni Rusiya ordu aviasiyasının zərbə qüvvələrinin əsas "işgücü" adlandırmışdı.
BAKI, 10 iyun — Sputnik. Rusiyanın Ka-52 Alligator hücum helikopteri ilk dəfə Misirin "Egypt Airshow-2024" aviaşousunda nümayiş etdiriləcək. Bu barədə RİA Novosti-yə Helirussia-2024 sərgisi zamanı "Rosoboroneksport" şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirib.
"Ka-52 döyüş kəşfiyyatı ilə bağlı, həmçinin hücum helikopteri kimi xüsusi hərbi əməliyyat zamanı ən yüksək döyüş və uçuş xüsusiyyətlərini nümayiş etdirib. "Rosoboroneksport" Ka-52E-ni dünya bazarında fəal şəkildə tanıtdırır, məsələn, bu il onu həm Ordu forumunda, həm də El-Alameyndə keçirilən beynəlxalq aviasiya və kosmik sərgidə görmək olar" - Mixeyev deyib.
Daha əvvəl Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Vladimir Kojin Ka-52-ni Rusiya ordu aviasiyasının zərbə qüvvələrinin əsas "işgücü" adlandırmışdı.
Mixeyev 2015-ci il dekabrın sonunda, o zaman "Rus Helicopters" holdinqinin baş direktoru olarkən şirkətin korporativ jurnalında yayımlanan yeni il müraciətində Rusiyanın Misirə 46 Ka-52K Alligator helikopteri tədarük edəcəyini bildirmişdi.
Xəbər lenti
0