CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma 40 faiz artıb

© Photo : AZALAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 10.06.2024
Abunə olmaq
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb.
BAKI, 10 iyun — Sputnik. Bu ilin yanvar-may aylarında Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 227 min 238 nəfər sərnişin daşınıb.
Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.
5 ayda Azərbaycana 347 min 326 sərnişin daşınmaqla Rusiya ilk yeri tutur. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,4% artım deməkdir.
Təkcə may ayında Azərbaycana 300 min 586 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 38,1% çoxdur. Mayda Rusiyadan 83 min 821 sərnişin daşınıb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 21,7% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 287 min 331 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 23,2% çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 173 min 628 sərnişinlə (+47,9%) daxil olub.
Xəbər lenti
0