SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avstriyanın keçmiş XİN rəhbəri Qərbin Rusiyanı parçalamaq planlarını təsdiqləyib

© Sputnik / Илья Питалев / Mediabanka keçidKarin Knaysl
Karin Knaysl - Sputnik Azərbaycan, 1920, 10.06.2024
Abunə olmaq
Daha əvvəl Karin Knaysl bildirib ki, Vladimir Zelenski münaqişənin həlli üçün konstitusiyaya dəyişiklik etməlidir.
BAKI, 10 iyun — Sputnik. Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl SPBİF 2024 çərçivəsində Qərbin Rusiyanı hissələrə bölmək planlarının mövcudluğunu təsdiqləyib.
Bu barədə "TASS" məlumat yayıb.
"Mən bu bəyanatı eşitdim [Serbiya Prezidenti Milorad Dodikin Qərbin Rusiyanı beş yerə bölmək planları haqqında]... Mən sənədləri görməmişəm, lakin Atlantik Şurada çalışan işçilərin açıqlamalarını görmüşəm – bu, ABŞ-da məşhur analitik mərkəzdir" – o bildirib.
"Mən bir müddət sosial mediada olmuşam... və 2022-ci ildən çox əvvəl insanlar bəyanatlar verərək qeyd edirdilər ki, Rusiyanın balkanlaşdırılması daha ağlabatan olardı... dağılmaq kimi" - deyə Knaysl əlavə edib.
Agentlikdən, onun fikrincə, Qərbin bu gün də belə planları varmı sualına o, "bəli" cavabını verib.
Daha əvvəl Karin Knaysl bildirib ki, Vladimir Zelenski münaqişənin həlli üçün konstitusiyaya dəyişiklik etməlidir.
Xəbər lenti
0