Tarixdə bu gün: 9 iyun – FOTO
© Sputnik9 iyun
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 9 iyun — Sputnik. İyunun 9-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 9-da kim anadan olub?
Vamiq Məmmədəliyev (1946) - Azərbaycanın görkəmli tarzəni, dosenti, professoru və AR xalq artistidir. O, Arif Babayev, Canəli Əkbərov, Ağahan Abdullayev, Alim Qasımov, Zahid Quliyev və digər xanəndələrlə çalışıb.
I Pyotr Alekseyeviç (1672-1725) - ilk Rusiya imperatorudur. O, döyüş meydanında qazandığı ard-arda qələbələrlə, Rusiya çarlığını Avropanın güclü dövlətləri sırasına daxil edib. I Pyotr Azov və Baltik dənizi sahillərindəki liman şəhərlərini ələ keçirərək Rusiya donanmasının da əsasını qoyub.
I Pyotr Alekseyeviçin heykəli
© Sputnik / Павел Лисицын
/ Maykl Cey Foks (1961) - amerikalı kinoaktyor və rejissordur. O, 1970-ci illərdə aktyorluq fəaliyyətinə başlayıb və daha çox "Gələcəyə Qayıdış" elmi-fantastik trilogiyasındakı Marti Makflay rolu, həmçinin "Ailə bağları" serialındakı iştirakı ilə tanınıb.
© AFP 2024 / ANGELA WEISSMaykl Cey Foks
Maykl Cey Foks
© AFP 2024 / ANGELA WEISS
Conni Depp (1963) - ABŞ aktyoru və rejissorudur. O, "Çarli və şokolad fabriki", "Karib dənizinin quldurları" və s. filmlərdə rol alıb.
© AP Photo / Matt DunhamConni Depp
Conni Depp
© AP Photo / Matt Dunham
Natali Portman (1981) - amerikalı teatr və kino aktrisası, kinorejissordur. O, ən böyük şöhrəti "Leon" və "Yaxınlıq" filmlərində iştirakı sayəsində qazanıb. Aktrisa "Qara Qu quşu" filmində "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Saturn" mükafatlarına layiq görülüb.
© Jordan Strauss / Invision / APNatali Portman
Natali Portman
© Jordan Strauss / Invision / AP
9 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1822-ci ildə ABŞ-da Nyu-Yorkdan olan həkim Çarlz Qrem süni çənəni patentləşdirib və sonra öz ixtirasının kütləvi istehsalına başlayıb və bu hadisə dərhal əsl sensasiyaya çevrilib.
1993-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəlib və onu hava limanında çox sayda insan qarşılayıb. Artıq iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib və bununla da ikinci dəfə hakimiyyətə gəlişi rəsmiləşdirilib.
2011-ci ildə Serbiyanın Novi-Sad şəhərində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun büstü qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.