DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya Ukrayna üzərində əhəmiyyətli üstünlüyü qoruyub saxlayıb

© Sputnik / Станислав КрасильниковRusiya
Rusiya - Sputnik Azərbaycan, 1920, 09.06.2024
Abunə olmaq
Rusiya hərbi istehsalın həcmini artıra bilib, Ukrayna isə əksinə, texnoloji üstünlüyünü tədricən itirib.
BAKI, 9 iyun — Sputnik. Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatda (XHƏ) əsas rol oynayan artilleriya üstünlüyünə malikdir.
Bu barədə ABŞ-ın "The New York Times" qəzeti yazır.
Qeyd olunur ki, bu ilin fevral ayında Avdeyevka şəhəri azad edildikdən sonra Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin (USQ) birinci müdafiə xəttini yarıblar, bundan sonra irəliləyərək onlar ard-arda kəndləri Kiyev rejiminin zülmündən azad ediblər.
"Rusiya Silahlı Qüvvələri hücumları dayandırmırlar və mövqelərimizi daim atəşə tuturlar", USQ-nin Şərq Hərbi Komandanlığının nümayəndəsi, polkovnik Nazar Voloşin nəşrə müsahibəsində deyib.
Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Ben Barrinin sözlərinə görə, ABŞ-ın Ukraynaya əlavə yardım göstərmək qərarı "döyüş meydanında deyil, onun nümunəsinə əməl edən bütün digər ölkələr arasında böyük dəyişikliklər yaradıb". Barrinin fikrincə, Rusiya canlı qüvvədə və atəş gücü baxımından əhəmiyyətli üstünlüyü qoruyub saxlayıb.
Bu yaxınlarda Ukraynanın "Zaxid" nəşri qeyd edib ki, Kiyev çağırışlara tez cavab verə bilmir və korrupsiya qalmaqallarında boğulur. Qeyd olunub ki, Rusiya hərbi istehsalın həcmini artıra bilib, Ukrayna isə əksinə, texnoloji üstünlüyünü tədricən itirib.
Xəbər lenti
0