CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açmağa hazırlaşır

© State Border Service of Azerbaijan RepublicQırmızı körpü gömrük-keçid məntəqəsi
Qırmızı körpü gömrük-keçid məntəqəsi  - Sputnik Azərbaycan, 1920, 09.06.2024
Abunə olmaq
Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.
BAKI, 9 iyun - Sputnik. Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq.
Bu barədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.
Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.
“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit, logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək” - İ.Kobaxidze bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında beş avtomobil keçid məntəqəsi fəaliyyət göstərir - Qırmızı Körpü, Sadıxlı, Mazımqara, İpək Yolu və Muğanlı. Bundan əlavə, daha bir dəmir yolu məntəqəsi var - Böyük Kəsik.
Xatırladaq ki, hazırda Azərbaycanın quru sərhədləri keçid üçün bağlıdır, lakin üçüncü ölkənin vətəndaşları respublika ərazisini quru sərhədlərindən tərk edə bilərlər. Hələlik Azərbaycan hökuməti bir neçə il əvvəl koronavirus pandemiyasına görə bağlanmış quru sərhədlərinin nə zaman açılacağı barədə ictimaiyyətə heç bir məlumat vermir. Pandemiyanın başa çatmasına baxmayaraq, quru sərhədlərin bağlı saxlanmasının səbəbləri bəlli deyil.
Xəbər lenti
0