CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözünüz kor ola bilər! Foto-Video

© Sputnik / Брайан Смит / Mediabanka keçidEynək
Eynək - Sputnik Azərbaycan, 1920, 09.06.2024
Abunə olmaq
Yazgül Abdıyeva bildirir ki, keyfiyyətsiz eynəklər gözdə xərçəng xəstəliyinin yaranmasına da gətirib çıxarır.
BAKI, 9 iyun — Sputnik. "Gün eynəkləri 3 manat". Bu tablonu görəndə adamın ağlına ilk növbədə qiymətin çox sərfəli olması gəlir. Ucuz gün eynəklərinin yaratdığı fəsadlar barədə isə bu eynəkləri alıb istifadə etdikdən sonra düşünməli oluruq.
Sputnik Azərbaycan satışda ucuz qiymətə satılan gün eynəklərinin təhlükəsini araşdırıb.
Sədərək Ticarət Mərkəzində, metronun "28 may" stansiyası ətrafında eynək satışı ilə məşğul olan satıcılar ucuz qiymətə satılan bu eynəklərin plastik olduğunu, əsasən ölkəmizə Çindən idxal edildiyini bildiriblər. Qiyməti 3-15 manat arasında olan eynəklər əsasən plastik materiallardandır. Amma satışda 50-160 manata satılan eynəklər də var. Üzərinə "Gucci", "Dior", "Ray.Ban" kimi bahalı brendlərin adlarının yazıldığı, orijinalının ən ucuzunun 120 dollardan başladığı bu gün eynəkləri paytaxtda ticarət obyektlərində alıcılara 30 manata təklif olunur. Satıcılar "A-Klass" adı altında satılan brend gün eynəklərinin oxşarlarının keyfiyyətli olduğunu söyləsə də, mütəxəssislər bu eynəklərdən də uzaq durmağı məsləhət görür.
Bəs görəsən bu təhlükəli eynəklərin satışına nəzarət varmı?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, qanunvericiliyin tələblərinə əsasən mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair təhlükəsizlik tələbləri texniki reqlamentlərlə müəyyən olunur.
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların tələblərinə riayət olunmalıdır.
@sputnik.azerbaycan ‼️3 manatlıq gün eynəklərindən gözün kor ola bilər #xeber #xeberler #xəbər #xəbərlər #azerbaycan #kəşfetazərbaycan #azerbaycantiktok #azərbaycan ♬ оригинальный звук - Sputnik Azərbaycan
Həmçinin, bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb.
Nəzərdə tutulmuş müddətdə Dövlət Xidməti yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.
Nəzərə çatdırılıb ki, cari ildə gün eynəklərinin keyfiyyəti ilə bağlı Dövlət Xidmətinə bir müraciət daxil olub. Hazırda həmin müraciətlə bağlı araşdırmalar davam edir.
Vətəndaşlar sözügedən hallarla qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
© Sputnik / Zulfiyya GuluyevaEynəklərin satışı
Eynəklərin satışı - Sputnik Azərbaycan, 1920, 29.05.2024
Eynəklərin satışı
Gün eynəyi satışı ilə məşğul olan obyektinin əməkdaşı Sputnik Azərbaycan-a bildirib ki, satışda həm şüşə, həm də plastik eynəklər var. Ucuz qiymətə satılan eynəklər plastikdən hazırlanan eynəklərdir. Belə eynəklər gözü ultrabənövşəyi (UV) şüalardan qorumur. Həmçinin belə eynəklər asanlıqla cızılır. Şüşə materialdan hazırlanan eynəklər isə UV şüalarından maksimum qorumanı təmin edir. Əgər eynəyin pasportunda "UV400" qeyd olunursa, belə eynəklər ultrabənövşəyi şüalarda 99 faiz qorumasını təmin edir. Bu göstərici eynəklərin linzalarının ultrabənövşəyi spektrin dalğa uzunluğu 400 nanometrə qədər olan bütün şüalarının qarşısını aldığına işarə edir.
Yox əgər pasportda "UV380" qeydi varsa, bu həmin eynəyin ultrabənövşəyi şüalardan 99 faizdən az qoruduğunu göstərir. Satıcı bildirir ki, dənizkənarı yerlərdə istifadə edilən eynəklərin günəş şüalarını ən azı 80 faiz udma dərəcəsi olmalıdır. Günəşdən qoruyan eynəklərin hazırlandığı materialın qoruyuculuq spektri ən azı "UV365" olmalıdır.
Gün eynəklərinin rənginə gəlincə, satıcı bildirib ki, eynəklərin rəngindən asılı olmayaraq onu gözə taxdıqda əşyalar öz rəngində görünməlidir. Məsələn, qəhvəyi rəng eynəyi gözə taxdıqdan sonra ətrafda əşyalar bu rəngdə görünürsə, bu, eynəyin keyfiyyətsiz olduğundan xəbər verir. O, ölçüsü böyük eynəklərin günəşdən daha yaxşı qoruduğunu söyləyib. Bildirib ki, keyfiyyətsiz gün eynəklərindən istifadə zamanı "yer adamın ayağının altından qaçır", baş gicəllənməsi, gözdə qaralma hiss olunur. Bütün bunlar eynəyin keyfiyyətsiz olduğundan xəbər verir.
Apardığımız müşahidələr göstərdi ki, satışdakı eynəklər ölkəmizə əsasən Çin, Hindistan, Pakistan, İran və Türkiyədən idxal olunur.
Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlar gün eynəkləri alanda onun qiymətinin ucuzluğuna aldanaraq sağlamlıqlarını təhlükə altına sala bilərlər. Onun sözlərinə görə, keyfiyyətsiz gün eynəkləri gözün bülluruna mənfi təsir göstərdiyi üçün katarakt xəstəliyi yaranır. Katarakt xəstəliyinin isə dərmanla müalicəsi mümkün olmadığından, kataraktdan qurtulmanın yeganə yolu cərrahi əməliyyatdır.
© Sputnik / İgor Onuchin / Mediabanka keçidGöz həkimi
Göz həkimi - Sputnik Azərbaycan, 1920, 08.06.2024
Göz həkimi
Həmsöhbətimiz bildirib ki,keyfiyyətsiz eynəklər gözdə xərçəng xəstəliyinin yaranmasına da gətirib çıxarır. Belə halların baş verməməsi üçün həkimin tövsiyəsi əsasında düzgün diopteriyalı gün eynəyi alınmalıdır.

"Göz xəstəliklərinin yaranmaması üçün həkimin tövsiyəsi əsasında düzgün diopteriyalı gün eynəyi almaq lazımdır. Gün eynəyi göz üçün zərərli olanda göz qızarır, sulanır və quruyur. Bu tip eynəklərin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba, daha sonra isə göz büllurunun bulanaraq görmənin zəifləməsinə səbəb olur", - həkim bildirib.

Yazgül Abdıyeva belə keyfiyyətsiz eynəklərdən istifadənin göz xəstəliklərinin artmasına səbəb olduğunu söyləyib. Bildirib ki, mənşəyi məlum olmayan eynəklərin istifadəsinin gözə yalnız zərər verə bilər.
© Sputnik / Zulfiyya GuluyevaEynəklərin satışı
Eynəklərin satışı - Sputnik Azərbaycan, 1920, 29.05.2024
Eynəklərin satışı
O, həmçinin satışda olan eynəkləri aldıqdan sonra dərhal istifadə edilməsinin düzgün olmadığını da söyləyib. Bildirib ki, gözə hər hansı virusun düşməməsi üçün eynəklər maye-sabunlu su ilə yuyulub təmizlənməlidir.
Həkimin sözlərinə görə, bəzən eynəklərin spirtlə təmizləndiyini, amma spirtin eynəklərdə müxtəlif məqsədlə təyin olunmuş örtükləri zədələyir. Mütəxəssis şüşəsi cızılmış eynəkdən istifadənin də təhlükəli olduğunu vurğulayıb. Bildirib ki, belə eynəklər artıq öz keyfiyyətini itirir.

"Cızılmış yerlərdən ultrabənovşəyi şüalar gözə təsir edir. Buna görə də belə eynəklərdən istifadə məsləhət görülmür", - Yazgün Abdıyeva bildirib.

Məlumat üçün bildirək ki, ölkəmizdə gözlərin qorunması və gün eynəkləri barədə ümumi tələblərə dair ГОСТ ISO 12312-1-2020 “Средства индивидуальной защиты глаз. Очки солнцезащитные и аналогичные. Часть 1. Очки солнцезащитные для общего применения” (ГОСТ ISO 12312-1-2020 “Gözlərin mühafizəsi üçün fərdi vasitələr. Günəş eynəyi və buna bənzər vasitələr. Hissə 1. Ümumi istifadə üçün günəş eynəkləri”) dövlətlərarası standartı qüvvədədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0