https://sputnik.az/20240609/doktorantura-ve-dissertanturaya-qebul-imtahani-baslayib-455807790.html
Doktorantura və dissertanturaya qəbul imtahanı keçirilib
Doktorantura və dissertanturaya qəbul imtahanı keçirilib
Sputnik Azərbaycan
İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 4 həftə ərzində elan olunacaq. 09.06.2024, Sputnik Azərbaycan
2024-06-09T14:59+0400
2024-06-09T14:59+0400
2024-06-09T14:19+0400
təhsil
imtahan
dövlət imtahan mərkəzi
doktorantura
dissertantura
https://cdnn1.img.sputnik.az/img/41513/88/415138888_0:155:2000:1280_1920x0_80_0_0_8fa7f8f4dbeb4d80f5c099e228ee9fba.jpg
BAKI, 9 iyun - Sputnik. Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib.Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub.İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.İmtahanda iştirakçılara xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 4 həftə ərzində elan olunacaq.Danışıq bloku üzrə imtahanın iyunun 11-dən 15-dək keçirilməsi nəzərdə tutulur.Xatırladaq ki, imtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar.Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 10-da keçiriləcək.Qeyd: İyunun 9-da keçirilən imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər isə ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.11.06.23, 10:18Doktorantura və dissertanturaya qəbul imtahanı keçirilirDövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçirir.Bu barədə DİM-dən bildirilib.İmtahanlarda ümumilikdə 2324 nəfərin iştirakı nəzərdə tutulur. Doktoranturaya qəbul imtahanına 1841 nəfər (1795 nəfər ingilis dili, 26 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 483 nəfər (470 nəfər ingilis dili, 6 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 4 əcnəbi isə Azərbaycan dili üzrə imtahan verəcək.İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahanlar saat 10:00-da başlayıb.İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinə yetirilməsinə ayrılır. İmtahanların keçirilməsi üçün ümumilikdə 11 imtahan binası, 29 imtahan rəhbəri, 11 ümumi imtahan rəhbəri, 217 nəzarətçi-müəllim, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.Qeyd 1. İyunun 11-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanın iyunun 16-dan etibarən keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.Qeyd 2. Həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 12-də keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41513/88/415138888_293:0:2000:1280_1920x0_80_0_0_441227e8ecd55ee9df81b1017f320027.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, dövlət imtahan mərkəzi, doktorantura, dissertantura
imtahan, dövlət imtahan mərkəzi, doktorantura, dissertantura
Doktorantura və dissertanturaya qəbul imtahanı keçirilib
İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 4 həftə ərzində elan olunacaq.
BAKI, 9 iyun - Sputnik. Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
İmtahanda iştirakçılara xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.
İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 4 həftə ərzində elan olunacaq.
Danışıq bloku üzrə imtahanın iyunun 11-dən 15-dək keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, imtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.
n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)
Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar.Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 10-da keçiriləcək.
Qeyd: İyunun 9-da keçirilən imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər isə ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.
Doktorantura və dissertanturaya qəbul imtahanı keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçirir.
Bu barədə DİM-dən bildirilib.
İmtahanlarda ümumilikdə 2324 nəfərin iştirakı nəzərdə tutulur. Doktoranturaya qəbul imtahanına 1841 nəfər (1795 nəfər ingilis dili, 26 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 483 nəfər (470 nəfər ingilis dili, 6 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 4 əcnəbi isə Azərbaycan dili üzrə imtahan verəcək.
İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahanlar saat 10:00-da başlayıb.
İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinə yetirilməsinə ayrılır. İmtahanların keçirilməsi üçün ümumilikdə 11 imtahan binası, 29 imtahan rəhbəri, 11 ümumi imtahan rəhbəri, 217 nəzarətçi-müəllim, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Qeyd 1. İyunun 11-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanın iyunun 16-dan etibarən keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.
Qeyd 2. Həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 12-də keçiriləcək.