https://sputnik.az/20240609/abs-ukrayna-ile-bagli-sammitin-faydasiz-oldugunu-etiraf-edib-465215024.html
ABŞ Ukrayna ilə bağlı sammitin faydasız olduğunu etiraf edib
ABŞ Ukrayna ilə bağlı sammitin faydasız olduğunu etiraf edib
Sputnik Azərbaycan
Konnor Eçols hesab edir ki, Ukrayna üzrə sammit münaqişənin sonunu biraz da olsun yaxınlaşdırmayacaq. 09.06.2024, Sputnik Azərbaycan
2024-06-09T13:20+0400
2024-06-09T13:20+0400
2024-06-09T13:20+0400
abş
dünya xəbərləri
mdb
ukrayna
vladimir zelenski
abş
səudiyyə ərəbistanı
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440889536_0:0:3027:1702_1920x0_80_0_0_0f1129b3e4acb2a6d0c8cd56f4d2ab0b.jpg
BAKI, 9 iyun — Sputnik. İsveçrədə keçirilməsi planlaşdırılan Ukrayna üzrə sammitdə Kiyev hakimiyyətinin "planının" mühüm aspektləri ilə bağlı ciddi danışıqlar aparılacaq. Ancaq indiyə qədər baş verən hər şey onu göstərir ki, sammitdəki müzakirələr "münaqişənin sonunu biraz da olsun yaxınlaşdırmayacaq". Beləliklə, bu, Co Baydenin belə getməyəcəyi sammitin faydasızlığından xəbər verir. Bu barədə "Responsible Statecraft" (RS) jurnalının müxbiri Konnor Eçolsun məqaləsində deyilir. Konnor öz nəşrində həmçinin "New York Times" qəzetində yer alan Devid Sengerin sözlərindən sitat gətirir. O vurğulayıb ki, ABŞ rəsmiləri Ukraynanın NATO-nun münaqişədə birbaşa iştirakında israr etdiyi bir vaxtda Amerika və Ukraynanın maraqlarının fərqli olduğunu getdikcə daha çox dərk edirlər. "Rusiyanın sammitdə iştirak etməməsi Çinin İsveçrə sammitində olmamasının əsas səbəbi kimi görünür", RS jurnalisti deyir. Xatırladaq ki, beynəlxalq siyasətin əsas oyunçuları İsveçrədə Vladimir Zelenskinin Ukrayna ilə bağlı təşəbbüslərini müzakirə etməkdən imtina ediblər. Xüsusilə Çin, Braziliya və Səudiyyə Ərəbistanı konfransa gəlməyəcəklər. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr də tədbirdə iştirakdan imtina ediblər.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440889536_0:0:2731:2048_1920x0_80_0_0_4be891c06a3c7543e027d8dc2b394cc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, mdb, ukrayna, vladimir zelenski, abş, səudiyyə ərəbistanı, rusiya
abş, mdb, ukrayna, vladimir zelenski, abş, səudiyyə ərəbistanı, rusiya
ABŞ Ukrayna ilə bağlı sammitin faydasız olduğunu etiraf edib
Konnor Eçols hesab edir ki, Ukrayna üzrə sammit münaqişənin sonunu biraz da olsun yaxınlaşdırmayacaq.
BAKI, 9 iyun — Sputnik. İsveçrədə keçirilməsi planlaşdırılan Ukrayna üzrə sammitdə Kiyev hakimiyyətinin "planının" mühüm aspektləri ilə bağlı ciddi danışıqlar aparılacaq. Ancaq indiyə qədər baş verən hər şey onu göstərir ki, sammitdəki müzakirələr "münaqişənin sonunu biraz da olsun yaxınlaşdırmayacaq". Beləliklə, bu, Co Baydenin belə getməyəcəyi sammitin faydasızlığından xəbər verir.
Bu barədə "Responsible Statecraft" (RS) jurnalının müxbiri Konnor Eçolsun məqaləsində deyilir.
Konnor öz nəşrində həmçinin "New York Times" qəzetində yer alan Devid Sengerin sözlərindən sitat gətirir. O vurğulayıb ki, ABŞ rəsmiləri Ukraynanın NATO-nun münaqişədə birbaşa iştirakında israr etdiyi bir vaxtda Amerika və Ukraynanın maraqlarının fərqli olduğunu getdikcə daha çox dərk edirlər.
"Rusiyanın sammitdə iştirak etməməsi Çinin İsveçrə sammitində olmamasının əsas səbəbi kimi görünür", RS jurnalisti deyir.
Xatırladaq ki, beynəlxalq siyasətin əsas oyunçuları İsveçrədə Vladimir Zelenskinin Ukrayna ilə bağlı təşəbbüslərini müzakirə etməkdən imtina ediblər. Xüsusilə Çin, Braziliya və Səudiyyə Ərəbistanı konfransa gəlməyəcəklər. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr də tədbirdə iştirakdan imtina ediblər.