DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin BRİKS-ə daxil olması NATO-dan çıxmağı və Qərbdən qopmağı tələb etmir - KİV

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBRİKS
BRİKS - Sputnik Azərbaycan, 1920, 08.06.2024
Abunə olmaq
Analitik hesab edir ki, xarici ticarətin dollarla deyil, milli valyutalarla maliyyələşdirilməsi artır. Bu, ABŞ-ın dünyada hegemonluğuna ciddi şəkildə meydan oxumağın yeganə yoludur.
BAKI, 8 iyun - Sputnik. Türkiyənin BRİKS-ə daxil olması Ankaranın NATO-dan çıxmasını və Qərb dünyasından qopmasını tələb etmir. Belə bir fikri türkiyəli professor Həsən Ünal “Aydınlık” qəzetinə müsahibəsində səsləndirib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin BRİKS-ə üzv olmaq istədiyini bildirmişdi. Bundan əlavə, Fidan gələn həftə Rusiyaya səfər etməyi və BRİKS ölkələrinin Xarici İşlər Nazirləri Şurasında iştirak etməyi planlaşdırır.

“BRİKS-ə qoşulmaq, bəzilərinin ölkəyə sırımağa çalışdığı kimi, Türkiyənin NATO-dan çıxmasını və Qərb dünyasından qopmasını tələb etmir. Əgər Türkiyə NATO-da qalsa, eyni zamanda amerikalılar və avropalılar Türkiyəyə qarşı siyasətlərinə ciddi şəkildə yenidən baxmasalar, o zaman Qərb dövlətləri ilə münasibətləri saxlamaq, BRİKS-ə qoşulmaq olar. Axı Çinin ən böyük ticarət tərəfdaşları ABŞ və Avropadır. Yəni BRİKS-ə qoşulmaq Avropa və ABŞ ilə bütün münasibətləri pozmaq demək deyil. Türkiyə niyə kənarda qalsın ki?", - nəşr professorun sözlərini sitat gətirir.

Onun sözlərinə görə, ABŞ dollardan və onun beynəlxalq ödəniş sistemindəki dominant mövqeyindən sanksiyalar vasitəsi kimi istifadə edir.
“Bu sistemdən imtina etmək lazımdır, əks halda ABŞ hegemonluğuna qarşı çıxmağın mənası azalacaq. BRİKS-də iştirak edən demək olar ki, bütün ölkələr bu fikri bölüşür. Xarici ticarətin milli valyutalarla maliyyələşdirilməsi artır. Ola bilsin ki, qızıla əsaslanan yeni pul sistemi qüvvəyə minsin. Bu, ABŞ-ın dünyada hegemonluğuna ciddi şəkildə meydan oxumağın yeganə yoludur. Alternativ beynəlxalq ödəniş sisteminə ehtiyac var. Bütün dünyanın buna ehtiyacı var”, - ekspert vurğulayıb.
© AP Photo / Omer KuscuValyutalar, arxiv
Сотрудник пункта обмена валюты показывает банкноты 100 евро, 100 долларов США и 100 турецких лир, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.06.2024
Valyutalar, arxiv
Yanvarın 1-də Rusiya gələn il üçün BRİKS-in sədri olub. İl təşkilata yeni üzvlərin qoşulması ilə başlayıb - indi təşkilatın tərkibinə Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da daxildir.
Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0