https://sputnik.az/20240608/sertifikatlasdirmaya-ilk-defe-celb-olunan-muellimlerin-test-imtahani-bu-tarixlerde-olacaq-465230520.html
Sertifikatlaşdırmaya ilk dəfə cəlb olunan müəllimlərin test imtahanı bu tarixlərdə olacaq
Sertifikatlaşdırmaya ilk dəfə cəlb olunan müəllimlərin test imtahanı bu tarixlərdə olacaq
Sputnik Azərbaycan
Ötənilki sertifikatlaşdırmadan sonra 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib. 08.06.2024, Sputnik Azərbaycan
2024-06-08T21:57+0400
2024-06-08T21:57+0400
2024-06-08T21:57+0400
təhsil
sertifikatlaşdırılma
test
imtahan
riyaziyyat
azərbaycan dili
ingilis dili
rus dili
artım
maaş
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457367830_0:22:2000:1147_1920x0_80_0_0_c6fe62457053fa6515f6f858412206a9.jpg
BAKI, 8 iyun - Sputnik. İyunun 21-22-də və 24-də isə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, bu il ilk dəfə Naxçıvanda baş tutacaq sertifikatlaşdırmada 367 müəllim iştirak edəcək. Cari ildə riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib.Bu il isə 30 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək.Qeyd edək ki, sertifikatlaşdırmadan keçən müəllim növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil ediləcək.Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (3 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçən müəllimlər sertifikatlaşdırılma prosesindən azaddırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457367830_221:0:1780:1169_1920x0_80_0_0_e94451c65a34875d76dab771ee5372f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sertifikatlaşdırılma, test, imtahan, riyaziyyat, azərbaycan dili, ingilis dili, rus dili, artım, maaş, min, müəllim
sertifikatlaşdırılma, test, imtahan, riyaziyyat, azərbaycan dili, ingilis dili, rus dili, artım, maaş, min, müəllim
Sertifikatlaşdırmaya ilk dəfə cəlb olunan müəllimlərin test imtahanı bu tarixlərdə olacaq
Ötənilki sertifikatlaşdırmadan sonra 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib.
BAKI, 8 iyun - Sputnik. İyunun 21-22-də və 24-də isə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu il ilk dəfə Naxçıvanda baş tutacaq sertifikatlaşdırmada 367 müəllim iştirak edəcək. Cari ildə riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib.
Bu il isə 30 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək.
Qeyd edək ki, sertifikatlaşdırmadan keçən müəllim növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil ediləcək.
Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (3 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçən müəllimlər sertifikatlaşdırılma prosesindən azaddırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.