DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər meyvələrin depressiya müsbət təsirini müəyyən ediblər

© Sputnik / Sergey Makgavko / Mediabanka keçidŞaftalı
Şaftalı - Sputnik Azərbaycan, 1920, 08.06.2024
Abunə olmaq
JAD: meyvə istehlakı yetkinlik yaşına çatmış insanlarda depressiya riskini azaldır.
BAKI, 8 iyun — Sputnik. Sidneyin Yeni Cənubi Uels Universitetinin (UNSW) Beyinin Sağlam Qocalma Mərkəzindən olan alimləri meyvə istehlakının 45 və yuxarı yaşda olan insanlarda depressiya riskinin azalması ilə əlaqəli olduğunu müəyyən ediblər. Bu barədə "Journal of Affective Disorders" (JAD) jurnalında dərc olunub.
Tədqiqatda depressiya keçirməyən 7801 könüllü iştirak edib. Könüllülərin hamısının yaşı 45-dən yuxarı olub. Əvvəlcə alimlər hər bir insanın qida rasionunda meyvə və tərəvəzin istehlak qədəri haqqında məlumat toplayıblar. Bundan sonra tədqiqatçılar iştirak edənləri (təxminən doqquz il davam edən tədqiqat prosesi) müşahidə etməyə başlayıblar.
© Depositphotos.com / ShidlovskiBaşın MRT təsviri, arxiv
Врач изучает МРТ головы - Sputnik Azərbaycan, 1920, 08.06.2024
Başın MRT təsviri, arxiv
Müşahidə dövründə 1630 yeni depressiya halı qeydə alınıb. Müqayisəli təhlillər tərəvəz istehlakının bu xəstəliyin yaranma ehtimalına təsirinin statistik əhəmiyyətli olmadığını göstərib. Lakin rasionda meyvənin yüksək psixi rifah göstəriciləri ilə əhəmiyyətli dərəcədə əlaqəqıdar olması ehtimalı yüksəkdir.
Alimlər tərəvəzlərin çox vaxt bişmiş halda istehlak edildiyini və buna görə də qida maddələrinin çoxunun itirildiyini irəli sürüblər. Ümumiyyətlə meyvələr çox vaxt çiy yeyilir ki, bu da beyin sağlamlığı üçün lazım olan bütün antioksidanları, vitaminləri və qida liflərini əldə etməyə imkan verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0