Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaq ölümlərinin sayına görə niyə öndəyik?

© iStock.com / shironosovXəstəxanada uşaq
Xəstəxanada uşaq - Sputnik Azərbaycan, 1920, 07.06.2024
Abunə olmaq
Vaqif Qarayev uşaq ölümlərinin əsasən 1 yaşa qədər uşaqlarda qeydə alındığını söyləyib.
BAKI, 7 aprel — Sputnik. Azərbaycan uşaq ölümlərinin sayına görə keçmiş SSRİ-də üçüncü yeri tutur. Bu barədə Bakı Araşdırmalar İnstitutu məlumat yayıb. Məlumatda deyilir ki, 1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib. Amma bununla belə uşaq ölümü sayına görə ölkəmiz hələ də "yüksək pillə"lərdədir.
Ən çox uşaq ölümü qeydə alınan sabiq SSRİ-i ölkələrinə Türkmənistan başçılıq edir. Bu ölkədə doğulan hər 1000 uşaqdan 41,4-ü ölür. İkinci yerdə Tacikistan gəlir. Bu ölkədə isə 1000 uşaqdan 31,4-ü vaxtsız dünyaşını dəyişir. Bu sahədə ən uğurlu nəticə Estoniyaya məxsusdur- hər 1000 uşaqdan cəmisi 2-si tələf olur. Son üçlüyü ilə Belarus (2,7) və Latviya (3,3) tamamlayır.
Bəs görəsən ölkəmizdə uşaq ölümlərinin əsas səbəbi nədir?
Ötən ilin fevral ayının 8-də Astara rayonunun Maşxan kəndində 6 yaşlı Yusif Əliyev dünyasını dəyişib. Onun əmisi İsmayıl Əliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, qardaşı oğlunu ilkin səhiyyə xidmətinin bərbad olması səbəbindən itirib. Onun sözlərinə görə, Yusif tam sağlam uşaq olub. Qızılcaya yoluxandan sonra bir neçə gün yüksək temperaturu olub. Rayon mərkəzindən həkim çağırsalar da, həkim uşağı gəlib müalicə etməyib. İ.Əliyev azyaşlının qızılcaya qarşı peyvənd olunduğunu da bildirib:
"Qardaşımın oğlu sağlam uşaq idi. 1-ci sinifdə oxuyurdu. Qızılcaya yoluxandan sonra yüksək hərarəti olub. Bizim tibb məntəqəsində həkim yoxdur. Ona görə rayon mərkəzindən həkim çağırmışdıq. Həkim gəlmədiyindən, uşağa vaxtında müalicə tətbiq edilmədiyindən Yusif öldü".
Tanınmış pediatr Vaqif Qarayev isə son illər bölgələr istisna olmaqla Azərbaycanda əhalinin tibbi xidmətə əlçatanlığının artdığı fikrindədir. Pediatr deyir ki, icbari tibbi sığortanın tətbiqi əhalinin tibbi xidmətlərə müraciət sayını artırıb. O, bəzən valideynlərin vaxtında həkimə müraciət etməməsinin də uşaq ölümlərinə səbəb olduğunu deyir.
"Çox təəssüf ki, bəzən valideynlər övladlarını vaxtında tibbi müayinələrdən keçirmirlər. Ölümlərin çoxu ağırlaşmalardan baş verir. Xəstəliklərin erkən aşkarlanması uşaq ölümlərinin qarşısını alır" - Vaqif Qarayev bildirir.
O, son illər həkim peşəkarlığı və tibbi xidmətinin keyfiyyətinin artırılması baxımından çox işlər görüldüyünü söyləyir. Deyir ki, illər öncə müasir avadanlıqlar olmadığından uşaqlara bəzi xəstəliklərin diaqnozunu qoymaq çətin olurdusa, son illər əks vəziyyət müşahidə olunur. Müasir avadanlıqlar və peşəkar həkimlərin sayəsində bu sahədə inkişaf var.
V. Qarayev uşaq ölümlərinin əsasən 1 yaşa qədər uşaqlarda qeydə alındığını söyləyib. O, bildirib ki, ölüm səbəbləri tənəffüs çatışmazlığı, mədə-bağırsaq, mərkəzi sinir sistemi və genetik xəstəliklərdir.
Səhiyyə Nazirliyi Sputnik Azərbaycan-ın uşaq ölümləri ilə bağlı sorğusuna cavab verməyib. Bildirib ki, artıq bu məsələlərlə TƏBİB məşğul olur. TƏBİB isə Sputnik Azərbaycan-ın davamlı sorğularını heç bir izahat vermədən cavabsız qoyub. Onda belə çıxır ki, məlum qurum ya bu barədə statistikanı toplamağı unudub, ya da statistika ürəkaçan olmadığını üçün onu gizlədir.
Xəbər lenti
0