DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyaya qarşı sanksiyalar Almaniyanın sənayesizləşməsinə gətirib çıxarır – deputat

© iStock.com / imaginimaQaz boruları
Qaz boruları - Sputnik Azərbaycan, 1920, 07.06.2024
Abunə olmaq
Şteffen Kotre bildirib ki, sanksiya siyasəti ən çox Almaniyaya ziyan vurur.
BAKI, 7 iyun — Sputnik. Almaniyanın Rusiyaya qarşı sanksiya siyasəti Almaniyanın sənayesizləşməsinə gətirib çıxarır.
Bunu "Almaniya üçün Alternativ" fraksiyasından olan Bundestaqın (Almaniya Federativ Respublikası Parlamenti) deputatı, parlamentin enerji və iqlimin mühafizəsi komitəsinin üzvü Şteffen Kotre TASS-a deyib.
"Sanksiya siyasəti ən çox Almaniyaya ziyan vurur. Ucuz qaza arxalanan kimya sənayesində 2017-ci ildən bəri qaz qiymətlərinin artması səbəbindən istehsalın 20%-dən çox azalması qeydə alınıb", Kotre şərh edib.
Deputat bildirib ki, sanksiya siyasəti birbaşa olaraq Almaniyanın sənayesizləşməsinə gətirib çıxarır. O vurğulayıb ki, mayeləşdirilmiş təbii qaz Rusiya boru kəməri qazından təxminən iki dəfə bahadır.
"Almaniya hökuməti Almaniyanın maraqlarına qarşı fəal hərəkət edir. Onun üçün ideologiya almanların rifahından daha vacibdir. O, yandırılmış torpaq taktikası siyasətini dayandırmayana qədər davam etdirəcək", Kotre fikrini yekunlaşdırıb.
Çərşənbə günü Rusiya Federasiyasının prezidenti Vladimir Putin TASS-ın təşkil etdiyi beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib ki, bu gün Almaniya rəhbərliyində heç kim öz xalqının maraqlarını müdafiə etmir. O, həmçinin "Şimal axını-2"nin borularından birinin partlamasından sonra Almaniyanın niyə qalan boru ilə qaz almaq istəmədiyini və niyə "okeanın o tayından" gələn hədsiz dərəcədə bahalı mayeləşdirilmiş təbii qazı almaq istədiyini də soruşub.
"Şimal axını-2" eyniadlı layihənin davamıdır və Rusiya qazının Almaniya vasitəsilə Avropaya nəqlininin artırmasını nəzərdə tuturdu. Lakin o, heç vaxt işə düşmədi. Rusiya Donetsk və Luqanskı tanıdıqdan sonra 2022-ci il fevralın 22-də kansler Olaf Şolts tərəfindən onun sertifikatlaşdırılması dayandırılıb.
Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlı təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinə dəyən ziyan görünməmiş dərəcədədir və təmirin müddətini hesablamaq mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
"Şimal axını" qaz kəmərlərində baş verən partlayışların ildönümündə Rusiya BMT Təhlükəsizlik Şurasının brifinqi zamanı Təhlükəsizlik Şurası sədrinin məsələ ilə bağlı qərəzsiz beynəlxalq təhqiqatın aparılması zərurətindən bəhs edən bəyanat layihəsi hazırladığını elan edib.
Xəbər lenti
0