DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransa Ukraynaya ordu göndərməyi planlaşdırmır - Qabriel Attal

© AFP 2023 / PHILIPPE DESMAZESFransalı hərbçi
Fransalı hərbçi - Sputnik Azərbaycan, 1920, 07.06.2024
Abunə olmaq
Attal qeyd edib ki, Fransa Ukraynanın özündə heç vaxt ukraynalı hərbçilərə təlim keçməyib, lakin fransalı hərbi təlimatçıların ora göndərilməsi qadağan deyil.
BAKI, 7 iyun — Sputnik. Fransa ordusunu Ukraynaya göndərmək niyyətində deyil. Bunu Fransanın baş naziri Qabriel Attal deyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Federasiyası cəbhə xəttini yarıb Kiyevdən müvafiq sorğu alınarsa, Ukraynaya qoşun yeridilməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, bir çox ölkələr qoşunların mümkün göndərilməsi ilə bağlı Fransanın mövqeyi ilə razılaşıb.
"Bilirsiniz ki, bu cür planlar yoxdur, biz bu məsələni çox müzakirə etdik", o, "France 2" telekanalına müsahibəsində Fransa qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı sualı cavablandırıb.
Attal qeyd edib ki, Fransa Ukraynanın özündə heç vaxt ukraynalı hərbçilərə təlim keçməyib, lakin fransalı hərbi təlimatçıların ora göndərilməsi qadağan deyil.
"Müharibənin əvvəlindən biz Ukrayna hərbçilərinin, xüsusən də Fransada və bəzi qonşularımızın ərazisində təlimlərdə iştirak etmişik, Fransa 10 min ukraynalı əsgərə təlim keçib, amma təlimçilərin ora göndərilməsi tabu deyil".
Fransanın baş naziri xatırladıb ki, fevralın sonunda ölkə prezidenti Emmanuel Makron Kiyevə dəstək məsələsini müzakirə etmək üçün Yelisey sarayında dünyanın bir çox yerindən dövlət və hökumət başçılarını qəbul edib. Attalın sözlərinə görə, hazırda Ukraynaya təlimatçıların göndərilməsi məsələsi gündəmdə idi.
Fransa hökumətinin başçısı bu məsələdə heç bir vaxtın müəyyən edilmədiyini deyib, lakin əlavə edib ki, Kiyevi dəstəkləməyin ən yaxşı yolu ilə bağlı müzakirələr davam edir. Ukraynaya hərbi təlimatçıların göndəriləcəyi təqdirdə münaqişənin potensial eskalasiyası risklərini şərh edən Attal deyib ki, guya vəziyyətin gərginləşməsinə Rusiyanın hərəkətləri səbəb olur.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ukrayna hərbçilərinə təlim keçirən hər hansı təlimatçının toxunulmazlığı yoxdur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya göndərilə biləcək fransız təlimatçıların Rusiya silahlı qüvvələri üçün qanuni hədəf olduğunu vurğulayıb.
Rusiyanın Parisdəki səfirliyinin mətbuat katibi Fransa telekanallarından birində oxşar bəyanatla çıxış edib, bundan sonra Fransa Xarici İşlər Nazirliyi Rusiya diplomatik missiyasının bu cür şərhlərinin nəticəsiz qalmayacağı ilə hədələyib.
Xəbər lenti
0