SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - XİN

© iStock.com / Oleksandr FilonAzərbaycan və Ermənistan bayraqları
Azərbaycan və Ermənistan bayraqları - Sputnik Azərbaycan, 1920, 07.06.2024
Abunə olmaq
İyunun 6-da Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil.
BAKI, 7 iyun — Sputnik. Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün yetərincə yetişib və Ermənistan tərəfi onu başa çatdırmaq və yaxın bir ay ərzində imzalamaq üçün konstruktiv və intensiv işləməyə hazır olduğunu bildirir", - bəyanatda deyilir.
Xatırladaq ki, iyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, İrəvan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə mətnin doqquzuncu nəşrini göndərməklə cavab verib.
İyunun 6-da Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil.
Prezident vurğulayıb ki, 2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır.
Xəbər lenti
0