https://sputnik.az/20240607/dovlet-sosial-mudafie-ve-ssizlikden-sigorta-fondlarinin-budcesi-artirilir-465213858.html
Dövlət sosial müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsi artırılır
Dövlət sosial müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsi artırılır
Sputnik Azərbaycan
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2024-cü ilin dövlət büdcəsində formalaşan profisit büdcənin... 07.06.2024, Sputnik Azərbaycan
2024-06-07T13:09+0400
2024-06-07T13:09+0400
2024-06-07T13:55+0400
işsizlikdən sığorta
iqtisadiyyat
büdcə
musa quliyev
musa quliyev
milli məclis
müzakirə
https://cdnn1.img.sputnik.az/img/42181/07/421810760_0:310:3090:2048_1920x0_80_0_0_971014a2ba4e2b17863d024ff0dd5c49.jpg
BAKI, 7 iyun— Sputnik. Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlarda dəyişiklik müzakirə edilib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2024-cü ilin dövlət büdcəsində formalaşan profisit büdcənin dürüstləşdirilməsinə ehtiyac yaradıb. M.Quliyev diqqətə çatdırıb ki, 2024-cü ildə orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb, dəqiqləşmədə isə bu rəqəm 990 manat təşkil edir. Qeyri-büdcə sektorunda baş verəcək bu artımın hesabına dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləğinin dürüstləşdirilərək 190 milyon manat artacağı nəzərdə tutulub. Beləliklə, fondun büdcəsi 30 milyon manat artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılacaq. Komitə sədri deyib ki, işsizlikdən sığorta fondunun büdcəsində də 4 milyon 700 min manat artım nəzərdə tutulub: "2024-cü il üzrə işsizlikdən sığorta fondunun dürüstləşmiş büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 184 676 800 manat təşkil edəcək". Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsini zəruri edib. Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42181/07/421810760_233:0:2964:2048_1920x0_80_0_0_abdb749965a95b4cecd3dcf6169df1a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
işsizlikdən sığorta, büdcə, musa quliyev, musa quliyev, milli məclis, müzakirə
işsizlikdən sığorta, büdcə, musa quliyev, musa quliyev, milli məclis, müzakirə
Dövlət sosial müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsi artırılır
13:09 07.06.2024 (Yenilənib: 13:55 07.06.2024) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2024-cü ilin dövlət büdcəsində formalaşan profisit büdcənin dürüstləşdirilməsinə ehtiyac yaradıb.
BAKI, 7 iyun— Sputnik. Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlarda dəyişiklik müzakirə edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2024-cü ilin dövlət büdcəsində formalaşan profisit büdcənin dürüstləşdirilməsinə ehtiyac yaradıb.
M.Quliyev diqqətə çatdırıb ki, 2024-cü ildə orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb, dəqiqləşmədə isə bu rəqəm 990 manat təşkil edir. Qeyri-büdcə sektorunda baş verəcək bu artımın hesabına dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləğinin dürüstləşdirilərək 190 milyon manat artacağı nəzərdə tutulub. Beləliklə, fondun büdcəsi 30 milyon manat artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılacaq.
Komitə sədri deyib ki, işsizlikdən sığorta fondunun büdcəsində də 4 milyon 700 min manat artım nəzərdə tutulub: "2024-cü il üzrə işsizlikdən sığorta fondunun dürüstləşmiş büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 184 676 800 manat təşkil edəcək".
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsini zəruri edib. Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılıb.