Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Bu yay işğaldan azad olunmuş ərazilərimizdə dincəlmək mümkün olacaq? Foto + Video

© SputnikLaçında turistlər üçün kotejlər
Laçında turistlər üçün kotejlər - Sputnik Azərbaycan, 1920, 07.06.2024
Abunə olmaq
Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə "Qarabağ", "Xarıbülbül" otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin və "Yasəmən" otelin açılışı olub.
BAKI, 7 iyun — Sputnik. İşğaldan azad olunmuş torpaqlarımızın böyük turizm potensialı, füsünkar, səfalı və şəfalı təbiəti hər kəsi özünə cəlb edir. Bu yay istirahət etməyi planlaşdıranları düşündürən suallardan biri də işğaldan azad olunmuş ərazilərdə turizmin vəziyyəti ilə bağlıdır. Sputnik Azərbaycan işğaldan azad olunmuş ərazilərdə turistlər üçün imkanları araşdırıb.
Araşdırma zamanı məlum olub ki, hazırda işğaldan azad olunmuş ərazilərin az qismində turistlərin qəbulu üçün şərait var. Turistlər üçün işğaldan azad olunmuş ərazilərimizdən hələki Şuşa, Zəngilan qismən isə Laçında şərait yaradılıb.
Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə "Qarabağ", "Xarıbülbül" otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub. Artıq "Yasəmən" oteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilib.
Şuşada Şuşa Hotel və Konfrans Mərkəzindən Sputnik Azərbaycan-a bildirdilər ki, hazırda Şuşada bu hoteldə standart otaqda bir gecə qalmağın qiyməti iki nəfər üçün 300 manatdır. Qiymətə yalnız gecələmə və səhər yeməyi daxildir. Digər hotellərlə əlaqə yaratmaq isə mümkün olmadı. İşğaldan azad olunmuş ərazilərimizdə açılmış hotel Zəngilanda Ağalı hoteldir. Amma hotelin qonaq qəbul etməsi ilə bağlı hələki məlumat yoxdur.
© SputnikLaçında turistlər üçün kotejlər
Laçında turistlər üçün kotejlər - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Laçında turistlər üçün kotejlər
Laçında da artıq turistlərə gecələmək üçün imkanlar var. Laçında hotel inşa olunmasa da, kotejlərdə turistlərin gecələməsi mümkündür. Üç nəfər üçün nəzərdə tutulmuş kotejlərin qiyməti bir gecə üçün 40 manatdır.
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərə turistlərin marağı böyükdür. Hətta işğaldan azad olunmuş ərazilərə turizm marşrutları da fəaliyyətə başlayıb. Şuşaya, Ağdama turlar təşkil olunur. Onun fikrincə, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərindən sonra turizm marşrutlarının sayı artırılır. Laçın və Kəlbəcərdə də turizmin inkişafı üçün işlər görülür.
Ekspert bildirib ki, bu bölgədə turizmin inkişafı üçün yol infrastrukturu qurulmalı, alternativ nəqliyyat vasitələri üçün yollar çəkilməlidir, dəmiryol xətləri salınmalıdır.
© SputnikLaçında turistlər üçün kotejlər
Laçında turistlər üçün kotejlər - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Laçında turistlər üçün kotejlər
"Hələki işğaldan azad olunmuş yerlərdə qalma yerləri məhduddur. Hazırda daxili turistlərin qəbulu üçün qısamüddətli səfərlər təşkil olunur. Amma gələcəkdə uzunmüddətli səfərlərin də təşkili nəzərdə tutulur. Bir neçə turizm marşrutunu da birləşdirmək mümkündür. Gələcəkdə işğaldan azad olunmuş əraziləri daha çox turistin ziyarət edəcəyi gözlənilir. Nəzərə alsaq ki, hazırda turizm şirkətləri turları yalnız portalda qeydiyyatdan keçərək həyata keçirirlər, bu da turist sayına öz təsirini göstərir. Qarabağ bölgəsi tam dirçəldildikdən sonra işğaldan azad edilmiş bölgələrimizə turist axını baş verəcək" - Ceyhun Aşurov bildirib.
O, işğaldan azad olunmuş ərazilərin sağlamlıq turizmi potensialına görə dünyanın məşhur kurortlarından geri qalmadığını, Kəlbəcərdə, Şuşada, Zəngilanda, Laçında termal turizmin inkişafı üçün şərait yaradıldıqdan sonra dünyanın hər yerindən turist axının olacağının gözlənildiyini söyləyib.
Xəbər lenti
0