https://sputnik.az/20240607/bu-tibb-merkezinde-birgunluk-cerrahiyye-sisteminin-tetbiqine-baslanilib-465215286.html
Bu Tibb Mərkəzində birgünlük cərrahiyyə sisteminin tətbiqinə başlanılıb
Bu Tibb Mərkəzində birgünlük cərrahiyyə sisteminin tətbiqinə başlanılıb
Sputnik Azərbaycan
Direktor müavini deyib ki, bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. 07.06.2024, Sputnik Azərbaycan
2024-06-07T13:41+0400
2024-06-07T13:41+0400
2024-06-07T14:01+0400
tibb
səhiyyə
cərrahiyyə
cərrahiyyə əməliyyatı
sumqayıt
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424933053_0:60:2000:1185_1920x0_80_0_0_d30d6811d2cec815e3a4b20efed5e6fb.jpg
BAKI, 7 iyun — Sputnik. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Xəstəxanasında birgünlük cərrahiyyə xidməti istifadəyə verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Mərkəzin cərrahi işlər üzrə direktor müavini Ramin Qasımov deyib. Onun sözlərinə görə, hazırda cərrahiyyədə stasionar yatış xidmətlərindən birgünlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir: "Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması kimi yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq". R.Qasımov bildirib ki, bir sıra təcili, planlı cərrahi xidmət tələb edən hallarda birgünlük cərrahiyyə xidməti stasionar çarpayılarda doluluğun qarşısını almaqda, xəstələrin erkən normal günlük həyat tərzinə qayıtmaqda fayda verəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424933053_144:0:1921:1333_1920x0_80_0_0_3133ceabeb0f2eed33dea77698a6ffab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tibb, cərrahiyyə, cərrahiyyə əməliyyatı, sumqayıt
tibb, cərrahiyyə, cərrahiyyə əməliyyatı, sumqayıt
Bu Tibb Mərkəzində birgünlük cərrahiyyə sisteminin tətbiqinə başlanılıb
13:41 07.06.2024 (Yenilənib: 14:01 07.06.2024) Direktor müavini deyib ki, bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır.
BAKI, 7 iyun — Sputnik. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Xəstəxanasında birgünlük cərrahiyyə xidməti istifadəyə verilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Mərkəzin cərrahi işlər üzrə direktor müavini Ramin Qasımov deyib.
Onun sözlərinə görə, hazırda cərrahiyyədə stasionar yatış xidmətlərindən birgünlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir:
"Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması kimi yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq".
R.Qasımov bildirib ki, bir sıra təcili, planlı cərrahi xidmət tələb edən hallarda birgünlük cərrahiyyə xidməti stasionar çarpayılarda doluluğun qarşısını almaqda, xəstələrin erkən normal günlük həyat tərzinə qayıtmaqda fayda verəcək.