https://sputnik.az/20240607/azerbaycanda-ikinci-corek-saheleri-niye-azalib-465200048.html
Azərbaycanda "ikinci çörək" sahələri niyə azalıb?
Azərbaycanda "ikinci çörək" sahələri niyə azalıb?
Sputnik Azərbaycan
Keçən il Azərbaycandan kartof ixracının 88 faizi Rusiyanın payına düşüb. 07.06.2024, Sputnik Azərbaycan
2024-06-07T10:00+0400
2024-06-07T10:00+0400
2024-06-07T10:26+0400
kartof
iqtisadiyyat
rusiya
kənd təsərrüfatı
kənd təsərrüfatı nazirliyi
kənd təsərrüfatı məhsulları
vüqar hüseynov
ixrac
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440212458_0:317:3076:2047_1920x0_80_0_0_567e1029f5ef0d30e0d97f3016db30d3.jpg
BAKI, 7 iyun — Sputnik. Azərbaycanda kartof əkin sahələri azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,1 faiz azalıb. Hesabat dövründə respublikada 43556 hektar ərazidə kartof əkilib. Keçən ilin eyni dövründə isə 45907 hektar ərazidə kartof əkilmişdi. Əsas azalma Cəlilabad rayonunda qeydə alınıb. 2023-cü ilin yanvar-aprel aylarında bu rayonda 5500 hektar ərazidə kartof əkilmişdisə, 2024-cü ilin eyni dövründə əkin sahələri 47,3 faiz azalaraq 2900 hektara düşüb. Bəs, maraqlıdır kartof əkin sahələri niyə azalıb və bunun qiymətə təsiri olacaqmı? Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, sahələrin azalmasının əsas səbəbi əkin dəyişikliyidir: "Çünki hər il fermerlər eyni məhsulu əkmirlər, dəyişiklik edirlər. Məsələn, fermer keçən il kartof əkibsə, bu il taxıl əkir ki, torpaq güclənsin. Növbəli əkində məhsuldarlıq artır". Hər dəfə eyni sahədə kartof əkmək düzgün deyil Ekspertin sözlərinə görə, Cəlilabad rayonunda ola bilər fermerlər kartofun əvəzinə taxıl əkiblər. Çünki hər dəfə eyni sahədə kartof əkmək düzgün deyil, məhsuldarlığı aşağı salır. Çox güman ki, Cəlilabadda kartof sahələrinin azalması taxıl əkinləri ilə bağlıdır. O bildirib ki, əkin sahələrinin azalması kartofun qiymətlərinə təsir edə bilər. Çünki istehsal azalanda qiymətlər qalxır. Məhsul az istehsal ediləndə bu, avtomatik qiymətlərə təsir edir. "Az da olsa, Rusiyaya kartof ixrac edirik. Amma özümüz idxal da edirik. Hər il İrandan, Belarusdan və digər ölkələrdən Azərbaycana kartof gətirilir" - ekspert əlavə edib. Ən çox kartof əkilən ilk 5 rayon hansıdır? Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Gədəbəy, Şəmkir, Tovuz, Cəlilabad və Qusar bu il ən çox kartof əkilən ilk 5 rayondur. Sonrakı yerlərdə isə Zaqatala, Sabirabad, Lerik, Qazax və digər rayonlar gəlir. Hesabat dövründə təsərrüfatlarda 50,9 min ton kartof istehsal olunub. Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə bu il kartof istehsalı 1,1 faiz artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 6815 ton kartof ixrac edilib. Keçən ilin eyni dövrü ilə müqayisədə kartof ixracı 12,3 faiz azalıb. Kartof istehsalına görə subsidiya verilir Kartof əkən fermerlərə həm əsas həm də təkrar əkinlərə görə dövlət tərəfindən subsidiya verilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü ildə kartof əkən fermerlərə əsas əkinlərə görə bir hektara 280 manat, təkrar əkinlərə görə isə 100 manat subsidiya ödənilir. "Fermerlər özlərinə sərf edən məhsulu əkirlər və heç kəs onları hər hansı bir məhsulu əkməyə məcbur edə bilməz" Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov mediaya açıqlamasında Cəlilabadda kartof əkin sahələrinin azalmasının səbəbindən danışıb: "Fermerlər özlərinə sərf edən məhsulu əkirlər və heç kəs onları hər hansı bir məhsulu əkməyə məcbur edə bilməz. Qərarı istənilən halda fermer verir. Kartof əkin sahələrinə sahib olan fermer həm də sahibkar və biznes fəaliyyəti ilə məşğul olan şəxsdir. Ona görə də daha çox gəlir gətirməyə imkan verən məhsul əkininə üstünlük verirlər. Kartof sahələrinin azalmasının səbəbi də daha gəlirli bitkilərə, xüsusilə də çiyələyə üstünlük verilməsidir. Çünki Rusiya bazarında bu məhsula çox böyük tələbat var. Bizdə də erkən sort çiyələk əkini, xüsusilə ilkin olaraq Cəlilabadda həyata keçirilir". Nazirlik rəsmisi qeyd edib ki, Cəlilabadda kartof əkin sahələri azalsa da, digər bölgələrdə artıb: "Məsələn, Ağstafa rayonunda bu il daha çox kartof əkininə başlanılıb. Keçən il bu məhsuldan daha çox gəlir götürdükləri üçün bu il əkin sahələrini artırıblar". Keçən il Azərbaycandan kartof ixracının 88 faizi Rusiyanın payına düşüb Əlavə edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə kartofun əkin sahəsi 2022-ci ilə nisbətən 9,7 faiz azalaraq 49,5 min hektar olub. Keçən il kartof istehsalı illik müqayisədə 5,9 faiz azalaraq 1 milyon ton olub. Kartofun məhsuldarlığı 4,8 faiz artaraq hektara 199,6 sentner olub. Ötən il ölkəyə 162,2 min ton kartof idxal edilib ki, bu da illik müqayisədə 1,6 faiz çoxdur. Azərbaycandan əsasən faraş kartof ixrac olunur və ötən il kartof ixracı 71,2 min ton olub. Azərbaycandan kartof ixracının 88 faizi Rusiyanın payına düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440212458_347:0:3076:2047_1920x0_80_0_0_63d30307accfd4bab28867083e6c39e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kartof, rusiya, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, kənd təsərrüfatı məhsulları, vüqar hüseynov, ixrac
kartof, rusiya, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, kənd təsərrüfatı məhsulları, vüqar hüseynov, ixrac
Azərbaycanda "ikinci çörək" sahələri niyə azalıb?
10:00 07.06.2024 (Yenilənib: 10:26 07.06.2024) Keçən il Azərbaycandan kartof ixracının 88 faizi Rusiyanın payına düşüb.
BAKI, 7 iyun — Sputnik. Azərbaycanda kartof əkin sahələri azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,1 faiz azalıb. Hesabat dövründə respublikada 43556 hektar ərazidə kartof əkilib. Keçən ilin eyni dövründə isə 45907 hektar ərazidə kartof əkilmişdi.
Əsas azalma Cəlilabad rayonunda qeydə alınıb. 2023-cü ilin yanvar-aprel aylarında bu rayonda 5500 hektar ərazidə kartof əkilmişdisə, 2024-cü ilin eyni dövründə əkin sahələri 47,3 faiz azalaraq 2900 hektara düşüb.
Bəs, maraqlıdır kartof əkin sahələri niyə azalıb və bunun qiymətə təsiri olacaqmı?
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, sahələrin azalmasının əsas səbəbi əkin dəyişikliyidir: "Çünki hər il fermerlər eyni məhsulu əkmirlər, dəyişiklik edirlər. Məsələn, fermer keçən il kartof əkibsə, bu il taxıl əkir ki, torpaq güclənsin. Növbəli əkində məhsuldarlıq artır".
Hər dəfə eyni sahədə kartof əkmək düzgün deyil
Ekspertin sözlərinə görə, Cəlilabad rayonunda ola bilər fermerlər kartofun əvəzinə taxıl əkiblər. Çünki hər dəfə eyni sahədə kartof əkmək düzgün deyil, məhsuldarlığı aşağı salır. Çox güman ki, Cəlilabadda kartof sahələrinin azalması taxıl əkinləri ilə bağlıdır.
O bildirib ki, əkin sahələrinin azalması kartofun qiymətlərinə təsir edə bilər. Çünki istehsal azalanda qiymətlər qalxır. Məhsul az istehsal ediləndə bu, avtomatik qiymətlərə təsir edir.
"Az da olsa, Rusiyaya kartof ixrac edirik. Amma özümüz idxal da edirik. Hər il İrandan, Belarusdan və digər ölkələrdən Azərbaycana kartof gətirilir" - ekspert əlavə edib.
Ən çox kartof əkilən ilk 5 rayon hansıdır?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Gədəbəy, Şəmkir, Tovuz, Cəlilabad və Qusar bu il ən çox kartof əkilən ilk 5 rayondur. Sonrakı yerlərdə isə Zaqatala, Sabirabad, Lerik, Qazax və digər rayonlar gəlir. Hesabat dövründə təsərrüfatlarda 50,9 min ton kartof istehsal olunub. Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə bu il kartof istehsalı 1,1 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 6815 ton kartof ixrac edilib. Keçən ilin eyni dövrü ilə müqayisədə kartof ixracı 12,3 faiz azalıb.
Kartof istehsalına görə subsidiya verilir
Kartof əkən fermerlərə həm əsas həm də təkrar əkinlərə görə dövlət tərəfindən subsidiya verilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü ildə kartof əkən fermerlərə əsas əkinlərə görə bir hektara 280 manat, təkrar əkinlərə görə isə 100 manat subsidiya ödənilir.
"Fermerlər özlərinə sərf edən məhsulu əkirlər və heç kəs onları hər hansı bir məhsulu əkməyə məcbur edə bilməz"
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov mediaya açıqlamasında Cəlilabadda kartof əkin sahələrinin azalmasının səbəbindən danışıb:
"Fermerlər özlərinə sərf edən məhsulu əkirlər və heç kəs onları hər hansı bir məhsulu əkməyə məcbur edə bilməz. Qərarı istənilən halda fermer verir. Kartof əkin sahələrinə sahib olan fermer həm də sahibkar və biznes fəaliyyəti ilə məşğul olan şəxsdir. Ona görə də daha çox gəlir gətirməyə imkan verən məhsul əkininə üstünlük verirlər. Kartof sahələrinin azalmasının səbəbi də daha gəlirli bitkilərə, xüsusilə də çiyələyə üstünlük verilməsidir. Çünki Rusiya bazarında bu məhsula çox böyük tələbat var. Bizdə də erkən sort çiyələk əkini, xüsusilə ilkin olaraq Cəlilabadda həyata keçirilir".
Nazirlik rəsmisi qeyd edib ki, Cəlilabadda kartof əkin sahələri azalsa da, digər bölgələrdə artıb: "Məsələn, Ağstafa rayonunda bu il daha çox kartof əkininə başlanılıb. Keçən il bu məhsuldan daha çox gəlir götürdükləri üçün bu il əkin sahələrini artırıblar".
Keçən il Azərbaycandan kartof ixracının 88 faizi Rusiyanın payına düşüb
Əlavə edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə kartofun əkin sahəsi 2022-ci ilə nisbətən 9,7 faiz azalaraq 49,5 min hektar olub. Keçən il kartof istehsalı illik müqayisədə 5,9 faiz azalaraq 1 milyon ton olub. Kartofun məhsuldarlığı 4,8 faiz artaraq hektara 199,6 sentner olub. Ötən il ölkəyə 162,2 min ton kartof idxal edilib ki, bu da illik müqayisədə 1,6 faiz çoxdur.
Azərbaycandan əsasən faraş kartof ixrac olunur və ötən il kartof ixracı 71,2 min ton olub. Azərbaycandan kartof ixracının 88 faizi Rusiyanın payına düşüb.