Tarixdə bu gün: 6 iyun – FOTO
© Sputnik6 iyun
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 6 iyun — Sputnik. İyunun 6-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 6-da kim anadan olub?
Xuraman Qasımova (1951) - Azərbaycan SSR xalq artisti və opera müğənnisidir. O, 1976-1999-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.
Dieqo Velaskes (1599-1660) - ispan rəssamı, Kral IV Filipinin saray rəssamıdır. Lakin yaradıcılıq fəaliyyətinin əvvəlində o, sadə sənətkarları, aşpazları və ustaları iş prosesində təsvir edib.
Aleksandr Puşkin (1799-1837) - Rusiya ədəbiyyatında realist cərəyanın əsasını qoyan, müasir ədəbi rus dilinin yaradıcısı olan rusiyalı şair və dramaturqdur.
Aleksandr Serqeyeviç Puşkinin büstü
© Sputnik / Сергей Пятаков
/ Tomas Mann (1875-1955) - alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. Onun ən məşhur əsərləri "Buddenbroklar", "Sehrli dağ", "İosif və qardaşları", "Doktor Faustus", "Avantürist Feliks Krulun macəraları" romanları və "Venesiyada ölüm" novellasıdır.
© AP Photo / ALBERT RIETHAUSENTomas Mann
Tomas Mann
© AP Photo / ALBERT RIETHAUSEN
Tatyana Peltser (1904-1992) - Sovet teatr və kino aktrisası, SSRİ xalq artistidir. O, "On iki ay", "Sevgi formulu" və s. filmlərdə rol alıb.
© Sputnik / Мирослав МуразовTatyana Peltser
Tatyana Peltser
© Sputnik / Мирослав Муразов
Bari Alibasov (1947) - Sovet və Rusiya musiqiçisi, bəstəkarı, musiqi prodüseri, RF əməkdar artistidir. O, "İnteqral" (1962-1989) və "Na-na" (1989-cu ildən) musiqi qruplarının yaradıcısı və rəhbəridir.
Bari Alibasov
© Sputnik / Evgeniy Biyatov
/ 6 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1933-cü ildə ABŞ-ın Nyu-Cersi ştatının Kamden şəhərində avtomobil sürücüləri üçün ilk açıq hava kinoteatrı yaranıb – burada avtomobildən çıxmadan filmlərə baxmaq mümkün olub.
1937-ci ildə "Şimal qütbü-1" sovet elmi-tədqiqat stansiyası Şimal qütbündən 20 km məsafədə fəaliyyətə başlayıb və bu, dünyanın ilk qütb elmi-tədqiqat stansiyası olub.
1979-cu ildə Sovetin "Soyuz-34" pilotsuz kosmik gəmisi "Salyut-6" orbital stansiyasına buraxılıb.
2010-cu ildən mayın 6-sı Rus Dili Günü kimi qeyd edilir – məhz bu gün A.Puşkinin doğum günüdür. BMT-nin İctimai Əlaqələr Departamenti çoxdilliliyi və mədəni müxtəlifliyi dəstəkləmək və inkişaf proqramı çərçivəsində təşkilatın altı rəsmi dilinə həsr olunmuş bayramların təsis edilməsini təklif edib. Müvafiq qərar YUNESKO-nun təşəbbüsü ilə hər il fevralın 21-də qeyd olunan Beynəlxalq Ana Dili Günü ərəfəsində qəbul edilib.
2012-ci ildə ən nadir astronomik hadisələrdən biri - Veneranın Günəş diskindən keçməsi baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.