Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR: Yaşıl enerji inkişaf etsə də, təbii qaza tələbat azalmır

© Photo : SOCARQaz anbarı
Qaz anbarı - Sputnik Azərbaycan, 1920, 06.06.2024
Abunə olmaq
Səriyyə Bünyatova bildirib ki, 2023-cü ilin iyul ayında biz "Abşeron" yatağında qaz hasilatının istehsalı istiqamətində işə başlamışıq, yatağın tam işlənməsi üzrə işlər aparırıq.
BAKI, 6 iyun — Sputnik. Qaz Avropada ən az 2050-ci ilə qədər istehsal olunacaq. 2040-cı ildə Avropada qaza olan tələbat nəzərə çarpacaq dərəcədə azalmayacaq.
Bu sözləri SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova Bakı Enerji Forumunun ikinci günündə "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, yaşıl enerjinin inkişafına baxmayaraq təbii qaza olan tələbat azalmır: "Bu baxımdan biz çalışırq ki, hasilat sektorunda işləri daha da sürətləndirək. 2023-cü ilin iyul ayında biz "Abşeron" yatağında qaz hasilatının istehsalı istiqamətində işə başlamışıq, yatağın tam işlənməsi üzrə işlər aparırıq. Məqsədimiz növbəti illərdə təchizatımızı gücləndirmək və ixracımızı yüksəltməkdir. Biz getdikcə xarici investorların hasilat sektoruna marağının artdığını görürük. Əminik ki, bu maraq davamlı olacaq. Həmçinin başqa yeni layihələr də planlaşdırırıq".
"Biz hasilat portfelimizi inkişaf etdiririk ki, həm yerli, həm də regional tələbatı qarşılaya bilək" - Səriyyə Bünyatova vurğulayıb.
Qeyd edək ki, bu gün Bakı Enerji Forumu davam edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumun ikinci gününün proqramına aktual mövzular daxil edilib: "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı" və "Uğurlu enerji keçidində insan kapitalının rolu".
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Xəbər lenti
0