DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanı sanksiyalarla məhv etmək mümkün deyil - Prezident

© AP Photo / Moises CastilloNayib Bukele
Nayib Bukele - Sputnik Azərbaycan, 1920, 06.06.2024
Abunə olmaq
Salvador Prezidenti Nayib Bukele bildirib ki, Rusiyada kifayət qədər enerji, təbii qaz, sənaye imkanları, fabriklər və işçilər var.
BAKI, 6 iyun — Sputnik. Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə onu məhv etmək mümkün deyil.
Bunu Salvador Prezidenti Nayib Bukele bildirib.
Amerikalı jurnalist Taker Karlsona müsahibəsində (Karlsonun X* səhifəsində dərc olunub) o qeyd edib ki, İspaniyaya qarşı sanksiyalar tətbiq olunarsa, onun iqtisadiyyatı məhv olacaq.
"Ancaq Rusiyaya qarşı sanksiyalar tətbiq etsəniz, Rusiyanı diz çökdürə bilməzsiniz, çünki o, super güc kimi qurulub" - Bukele fikrini bildirib.
Salvador prezidenti onu da əlavə edib ki, Rusiyada kifayət qədər enerji, təbii qaz, sənaye imkanları, fabriklər və işçilər var.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə söhbəti zamanı bildirmişdi ki, Rusiya Qərbin sanksiyalarına görə çatışmayan hər şeyi müstəqil şəkildə özü istehsal edəcək.
Dövlət başçısı Rusiyanın dünya iqtisadiyyatının ilk dördlüyünə daxil olması ilə bağlı məqsədinə nail olduğunu da bildirib.
Xəbər lenti
0