https://sputnik.az/20240606/rusiya-ermenistanda-genismiqyasli-isler-aparir---pasinyan-465193217.html
Rusiya Ermənistanda genişmiqyaslı işlər aparır - Paşinyan
Rusiya Ermənistanda genişmiqyaslı işlər aparır - Paşinyan
Sputnik Azərbaycan
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, daşqından sonra ilk benzin və dizel yanacağı yükü dəmir yolu ilə Ermənistana... 06.06.2024, Sputnik Azərbaycan
2024-06-06T19:10+0400
2024-06-06T19:10+0400
2024-06-06T19:10+0400
ermənistanın baş naziri nikol paşinyan
dünya xəbərləri
nikol paşinyan
rusiya
dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800798_0:158:3079:1890_1920x0_80_0_0_27e18a01ca64b9b61f4378400231bdaf.jpg
BAKI, 6 iyun — Sputnik. Rusiya Ermənistanın şimalında fəlakət zonasında zədələnmiş dəmir yolu hissələrinin bərpası üçün genişmiqyaslı işlər aparır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "Mən başa düşürəm ki, tamhüquqlu dəmir yolu əlaqəsini bərpa etmək üçün rusiyalı tərəfdaşlarımız kifayət qədər genişmiqyaslı işlər görürlər", - Paşinyan bildirib. Baş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti yeni körpülərin tikintisi üzrə beynəlxalq tərəfdaşlarla fəal işləyir və İrəvan yardıma ümid edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, ən azı bir neçə tərəfdaş artıq belə yardıma hazır olduğunu bildirib. Bundan əvvəl Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, daşqından sonra ilk benzin və dizel yanacağı yükü dəmir yolu ilə Ermənistana, Gürcüstanla həmsərhəd Ayrum stansiyasına gəlib. Bundan əvvəl Cənubi Qafqaz Dəmir Yolu şirkəti Sənain stansiyasından Ayrum stansiyasına kimi dəmir yolunun zədələnmiş 8 hissəsindən ikisində qatarların hərəkətinin bərpa olunduğunu açıqlamışdı. Xatırladaq ki, daşqın nəticəsində Gürcüstanla sərhədə yaxın 27 kilometrlik hissədə (Ayrum stansiyasından Sənain stansiyasına qədər) dəmir yolu zədələnib. Yol Ermənistan hökuməti və "Rusiya Dəmir Yolları" ASC-nin (Ermənistanın dəmir yollarını idarə edən törəmə müəssisəsi olan Cənubi Qafqaz dəmir yolları) rəhbərliyinin razılığı ilə bərpa olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800798_174:0:2905:2048_1920x0_80_0_0_d1d13e96668ca13ed60ed8cd08bf02b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, rusiya, dəmir yolu
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, rusiya, dəmir yolu
Rusiya Ermənistanda genişmiqyaslı işlər aparır - Paşinyan
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, daşqından sonra ilk benzin və dizel yanacağı yükü dəmir yolu ilə Ermənistana, Gürcüstanla həmsərhəd Ayrum stansiyasına gəlib.
BAKI, 6 iyun — Sputnik. Rusiya Ermənistanın şimalında fəlakət zonasında zədələnmiş dəmir yolu hissələrinin bərpası üçün genişmiqyaslı işlər aparır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Mən başa düşürəm ki, tamhüquqlu dəmir yolu əlaqəsini bərpa etmək üçün rusiyalı tərəfdaşlarımız kifayət qədər genişmiqyaslı işlər görürlər", - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti yeni körpülərin tikintisi üzrə beynəlxalq tərəfdaşlarla fəal işləyir və İrəvan yardıma ümid edir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, ən azı bir neçə tərəfdaş artıq belə yardıma hazır olduğunu bildirib.
Bundan əvvəl Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, daşqından sonra ilk benzin və dizel yanacağı yükü dəmir yolu ilə Ermənistana, Gürcüstanla həmsərhəd Ayrum stansiyasına gəlib.
Bundan əvvəl Cənubi Qafqaz Dəmir Yolu şirkəti Sənain stansiyasından Ayrum stansiyasına kimi dəmir yolunun zədələnmiş 8 hissəsindən ikisində qatarların hərəkətinin bərpa olunduğunu açıqlamışdı.
Xatırladaq ki, daşqın nəticəsində Gürcüstanla sərhədə yaxın 27 kilometrlik hissədə (Ayrum stansiyasından Sənain stansiyasına qədər) dəmir yolu zədələnib. Yol Ermənistan hökuməti və "Rusiya Dəmir Yolları" ASC-nin (Ermənistanın dəmir yollarını idarə edən törəmə müəssisəsi olan Cənubi Qafqaz dəmir yolları) rəhbərliyinin razılığı ilə bərpa olunacaq.