https://sputnik.az/20240606/neft-qiymetleri-son-4-ayin-en-asagi-seviyyesine-catib-465151422.html
Kəskin ucuzlaşma ardından nisbi bahalaşma: Neftin qiymətləri niyə oynayır?
Kəskin ucuzlaşma ardından nisbi bahalaşma: Neftin qiymətləri niyə oynayır?
Sputnik Azərbaycan
ABŞ-də xam neft ehtiyatlarının artması və "OPEC plyus"un tədarükü artırmağı planlaşdırması neft qiymətlərini son dörd ayın ən aşağı səviyyəsinə endirib. 06.06.2024, Sputnik Azərbaycan
2024-06-06T11:25+0400
2024-06-06T11:25+0400
2024-06-06T12:21+0400
neft
neft-qaz
qiymət
birja
azeri light markalı neft
opec
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447369675_0:256:2730:1792_1920x0_80_0_0_f1f5a5367001b382d7c6890af432b6bc.jpg
BAKI, 6 iyun — Sputnik. Dünya birjalarında neft qiymətləri kəskin ucuzlaşmadan sonra bu gün nisbətən bahalaşıb. ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) sentyabrda faiz dərəcələrini aşağı salacağı gözləntiləri qiymətləri bahalaşdırıb. Lakin bu bahalaşmanı ABŞ-də ehtiyatların artması və OPEC-in hasilatı artırmaq planı məhdudlaşdırıb. "Brent" markalı neft 31 sent artaraq 78,72 dollar, ABŞ-nin Qərbi Texas nefti 41 sent artaraq 74,48 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti isə 13 sent azalaraq 78,35 dollar təşkil edib. İqtisadçılar FED-in sentyabr ayında faiz dərəcəsini azaldacağını proqnozlaşdırır. Aşağı faiz dərəcələri iqtisadi fəallığı stimullaşdıra və neft tələbini artıra bilər. Qeyd edək ki, ABŞ-də xam neft ehtiyatlarının artması və "OPEC plyus"un tədarükü artırmağı planlaşdırması neft qiymətlərini son dörd ayın ən aşağı səviyyəsinə endirib. Neft bu həftə təxminən 4 faiz ucuzlaşıb. Neft qiymətləri 2024-cü ilin sonunda tədarükün artacağına dair narahatlıqlar səbəbiylə aşağı düşüb. "OPEC plyus" iclasında ilin sonuna qədər hasilatın gündəlik 3,6 milyon barel azaldılması barədə qərar qəbul edib. Lakin kartel 2024-cü ilin sentyabr ayının sonundan 2025-ci ilin oktyabrına qədər ixtisardan 2,2 milyon barel/gün hissəni mərhələli ləğv etməyə başlayacaq. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü "OPEC plyus" iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq. Xatırladaq ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib. Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 05.06.24, 12:15Neft qiymətləri son 4 ayın ən aşağı səviyyəsinə çatıbDünya bazarlarında neftin ucuzlaşması davam edir. ABŞ-də xam neft ehtiyatlarının artması və "OPEC plyus"un tədarükü artırmağı planlaşdırması neft qiymətlərini son dörd ayın ən aşağı səviyyəsinə endirib. "Brent" nefti 0.10% azalaraq 77.44 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 0.16% azalaraq 73.13 dollar təşkil edib. "Brent" nefti bazar ertəsi 3%-dən çox ucuzlaşdıqdan sonra fevralın 7-dən bəri ilk dəfə 80 dollardan aşağı düşüb. "Azeri Light" markalı Azərbaycan nefti 1% azalaraq 78,48 dollar təşkil edib. Qeyd edək ki, ABŞ Neft İnstitutunun məlumatlarına görə, keçən həftə ABŞ-nin ehtiyatlarının 4,1 milyon barel artması gözlənilir. Analitiklərin fikrincə, dünyada iqtisadi fəallığın daha az olduğu və geosiyasi gərginliyin azaldığı bir vaxtda OPEC-in daha çox neft hasil etməsi qiymətləri aşağı salacaq. Neft qiymətləri 2024-cü ilin sonunda tədarükün artacağına dair narahatlıqlar səbəbiylə aşağı düşür. "OPEC plyus" həftəsonu keçirilən iclasda ilin sonuna qədər hasilatın gündəlik 3,6 milyon barel azaldılması barədə qərar qəbul edib. Lakin kartel 2024-cü ilin sentyabr ayının sonundan 2025-ci ilin oktyabrına qədər ixtisardan 2,2 milyon barel/gün hissəni mərhələli ləğv etməyə başlayacaq. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü "OPEC plyus" iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq. Xatırladaq ki, bazar günü energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib. İclasda mövcud "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib. Yeni qərar "OPEC plyus" ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib. Əlavə edək ki, bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447369675_1:0:2730:2047_1920x0_80_0_0_8a5dcb48f6216712328832729e7e3bc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, birja, azeri light markalı neft, opec
neft, qiymət, birja, azeri light markalı neft, opec
Kəskin ucuzlaşma ardından nisbi bahalaşma: Neftin qiymətləri niyə oynayır?
11:25 06.06.2024 (Yenilənib: 12:21 06.06.2024) ABŞ-də xam neft ehtiyatlarının artması və "OPEC plyus"un tədarükü artırmağı planlaşdırması neft qiymətlərini son dörd ayın ən aşağı səviyyəsinə endirib.
BAKI, 6 iyun — Sputnik. Dünya birjalarında neft qiymətləri kəskin ucuzlaşmadan sonra bu gün nisbətən bahalaşıb.
ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) sentyabrda faiz dərəcələrini aşağı salacağı gözləntiləri qiymətləri bahalaşdırıb. Lakin bu bahalaşmanı ABŞ-də ehtiyatların artması və OPEC-in hasilatı artırmaq planı məhdudlaşdırıb.
"Brent" markalı neft 31 sent artaraq 78,72 dollar, ABŞ-nin Qərbi Texas nefti 41 sent artaraq 74,48 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti isə 13 sent azalaraq 78,35 dollar təşkil edib.
İqtisadçılar FED-in sentyabr ayında faiz dərəcəsini azaldacağını proqnozlaşdırır. Aşağı faiz dərəcələri iqtisadi fəallığı stimullaşdıra və neft tələbini artıra bilər.
Qeyd edək ki, ABŞ-də xam neft ehtiyatlarının artması və "OPEC plyus"un tədarükü artırmağı planlaşdırması neft qiymətlərini son dörd ayın ən aşağı səviyyəsinə endirib. Neft bu həftə təxminən 4 faiz ucuzlaşıb. Neft qiymətləri 2024-cü ilin sonunda tədarükün artacağına dair narahatlıqlar səbəbiylə aşağı düşüb.
"OPEC plyus" iclasında ilin sonuna qədər hasilatın gündəlik 3,6 milyon barel azaldılması barədə qərar qəbul edib. Lakin kartel 2024-cü ilin sentyabr ayının sonundan 2025-ci ilin oktyabrına qədər ixtisardan 2,2 milyon barel/gün hissəni mərhələli ləğv etməyə başlayacaq.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü "OPEC plyus" iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
Xatırladaq ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib. Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Neft qiymətləri son 4 ayın ən aşağı səviyyəsinə çatıb
Dünya bazarlarında neftin ucuzlaşması davam edir. ABŞ-də xam neft ehtiyatlarının artması və "OPEC plyus"un tədarükü artırmağı planlaşdırması neft qiymətlərini son dörd ayın ən aşağı səviyyəsinə endirib.
"Brent" nefti 0.10% azalaraq 77.44 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 0.16% azalaraq 73.13 dollar təşkil edib. "Brent" nefti bazar ertəsi 3%-dən çox ucuzlaşdıqdan sonra fevralın 7-dən bəri ilk dəfə 80 dollardan aşağı düşüb.
"Azeri Light" markalı Azərbaycan nefti 1% azalaraq 78,48 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ Neft İnstitutunun məlumatlarına görə, keçən həftə ABŞ-nin ehtiyatlarının 4,1 milyon barel artması gözlənilir. Analitiklərin fikrincə, dünyada iqtisadi fəallığın daha az olduğu və geosiyasi gərginliyin azaldığı bir vaxtda OPEC-in daha çox neft hasil etməsi qiymətləri aşağı salacaq.
Neft qiymətləri 2024-cü ilin sonunda tədarükün artacağına dair narahatlıqlar səbəbiylə aşağı düşür. "OPEC plyus" həftəsonu keçirilən iclasda ilin sonuna qədər hasilatın gündəlik 3,6 milyon barel azaldılması barədə qərar qəbul edib. Lakin kartel 2024-cü ilin sentyabr ayının sonundan 2025-ci ilin oktyabrına qədər ixtisardan 2,2 milyon barel/gün hissəni mərhələli ləğv etməyə başlayacaq.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü "OPEC plyus" iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
Xatırladaq ki, bazar günü energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib.
İclasda mövcud "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib. Yeni qərar "OPEC plyus" ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.
Əlavə edək ki, bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.