https://sputnik.az/20240606/macaristandan-teleb-munaqiseye-son-qoymaq-ucun-danisiqlar-derhal-baslamalidir-465185178.html
Macarıstandan tələb: Münaqişəyə son qoymaq üçün danışıqlar dərhal başlamalıdır
Macarıstandan tələb: Münaqişəyə son qoymaq üçün danışıqlar dərhal başlamalıdır
Sputnik Azərbaycan
Macarıstanın xarici işlər naziri deyib ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqları başlamalı və dərhal atəşkəs əldə edilməlidir. 06.06.2024, Sputnik Azərbaycan
2024-06-06T22:56+0400
2024-06-06T22:56+0400
2024-06-06T22:56+0400
macarıstan
dünya xəbərləri
peter siyyarto
ağ ev
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150162_0:160:3072:1888_1920x0_80_0_0_c2f57e6255fa861771c5165b07a2f88f.jpg
BAKI, 6 iyun — Sputnik. Ukraynada münaqişəyə son qoymaq üçün danışıqlar dərhal başlamalıdır. Bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyib. "Bizim mövqeyimiz belədir. Sülh mümkün qədər tez əldə edilməlidir. Sülh danışıqları başlamalı və dərhal atəşkəs əldə edilməlidir" - Siyyarto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında (SPIEF) jurnalistlərə bildirib. O əlavə edib ki, münaqişə davam edərsə, eskalasiya riski hər gün artacaq. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) iyunun 5-dən 8-dək keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır. Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150162_171:0:2902:2048_1920x0_80_0_0_21e1ce58197622c1a28a316847418b00.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
macarıstan, peter siyyarto, ağ ev, ukrayna, rusiya
macarıstan, peter siyyarto, ağ ev, ukrayna, rusiya
Macarıstandan tələb: Münaqişəyə son qoymaq üçün danışıqlar dərhal başlamalıdır
Macarıstanın xarici işlər naziri deyib ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqları başlamalı və dərhal atəşkəs əldə edilməlidir.
BAKI, 6 iyun — Sputnik. Ukraynada münaqişəyə son qoymaq üçün danışıqlar dərhal başlamalıdır. Bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyib.
"Bizim mövqeyimiz belədir. Sülh mümkün qədər tez əldə edilməlidir. Sülh danışıqları başlamalı və dərhal atəşkəs əldə edilməlidir" - Siyyarto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında (SPIEF) jurnalistlərə bildirib.
O əlavə edib ki, münaqişə davam edərsə, eskalasiya riski hər gün artacaq.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) iyunun 5-dən 8-dək keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.