Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Laçında işləmək istəyənlərin nəzərinə - 335 vakansiya təklif olundu

© Sputnik / Алексей КуденкоLaçına giriş
Laçına giriş - Sputnik Azərbaycan, 1920, 06.06.2024
Abunə olmaq
Böyük Qayıdış proqramı çərçivəsində diqqətdə saxlanılan əsas məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərimizdə işəgötürənlərin kadrlara olan ehtiyaclarının ödənilməsidir.
BAKI, 6 iyun — Sputnik. İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, Agentlik tərəfindən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə Laçında növbəti əmək yarmarkası təşkil olunub.
Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 23 işəgötürən iştirak edib və müxtəlif istiqamətlər üzrə 335 vakansiya təqdim olunub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov yarmarkada iştirak edən işəgötürənlərlə tanış olub, onların təqdim etdiyi vakansiyalarla maraqlanıblar.
Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində diqqətdə saxlanılan əsas məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərimizdə işəgötürənlərin kadrlara olan ehtiyaclarının ödənilməsidir.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra edilən aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.
Qeyd edək ki, 2026-cı ilin sonuna kimi 12 mindən çox insanın qayıdışı nəzərdə tutulur. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verilib. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Xəbər lenti
0