https://sputnik.az/20240606/ermenistani-rusiya-ile-birlesdiren-yegane-quru-yolu-baglanib-465194066.html
Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu bağlanıb
Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu bağlanıb
Sputnik Azərbaycan
Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol iyunun 6-dan bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. 06.06.2024, Sputnik Azərbaycan
2024-06-06T14:52+0400
2024-06-06T14:52+0400
2024-06-06T15:15+0400
ermənistan
dünya xəbərləri
rusiya
gürcüstan
yük maşını
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0b/424900841_0:157:3081:1890_1920x0_80_0_0_ab430cae466747d8eea2a1216588d647.jpg
BAKI, 6 iyun — Sputnik. Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yol bağlanıb. Gürcüstanda baş verən qar uçqunu səbəbindən Yuxarı Lars yolu bütün nəqliyyat növləri üçün bağlanıb. Terek çayında suyun səviyyəsinin qalxdığı, sərhəd keçid məntəqəsinin əməkdaşlarının təxliyə edildiyi bildirilib. Ermənistan mediası yazır ki, 600-ə yaxın erməni yük maşını sərhədin həm Gürcüstan, həm də Rusiya tərəfində "Yuxarı Lars" beynəlxalq keçid məntəqəsinə gedən yolda qalıb. Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol iyunun 6-dan bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Kobi hissəsində qar uçqunu səbəbindən səyahət qadağan edilib. Hazırda Ermənistanın 300-ə yaxın yük maşını "Yuxarı Lars" beynəlxalq keçid məntəqəsindən Rusiya Federasiyası istiqamətində, daha 300-ü isə Ermənistan istiqamətində Rusiya tərəfində boş vəziyyətdədir. Xatırladaq ki, Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Yol pis hava şəraitinə görə vaxtaşırı bağlanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0b/424900841_174:0:2905:2048_1920x0_80_0_0_0f056b5542d7716b8441f51e9edda767.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, rusiya, gürcüstan, yük maşını
ermənistan, rusiya, gürcüstan, yük maşını
Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu bağlanıb
14:52 06.06.2024 (Yenilənib: 15:15 06.06.2024) Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol iyunun 6-dan bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
BAKI, 6 iyun — Sputnik. Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yol bağlanıb. Gürcüstanda baş verən qar uçqunu səbəbindən Yuxarı Lars yolu bütün nəqliyyat növləri üçün bağlanıb.
Terek çayında suyun səviyyəsinin qalxdığı, sərhəd keçid məntəqəsinin əməkdaşlarının təxliyə edildiyi bildirilib.
Ermənistan mediası yazır ki, 600-ə yaxın erməni yük maşını sərhədin həm Gürcüstan, həm də Rusiya tərəfində "Yuxarı Lars" beynəlxalq keçid məntəqəsinə gedən yolda qalıb.
Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol iyunun 6-dan bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Kobi hissəsində qar uçqunu səbəbindən səyahət qadağan edilib.
Hazırda Ermənistanın 300-ə yaxın yük maşını "Yuxarı Lars" beynəlxalq keçid məntəqəsindən Rusiya Federasiyası istiqamətində, daha 300-ü isə Ermənistan istiqamətində Rusiya tərəfində boş vəziyyətdədir.
Xatırladaq ki, Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Yol pis hava şəraitinə görə vaxtaşırı bağlanır.