https://sputnik.az/20240606/ermenistan-serhedcisi-kilsenin-yaninda-minaya-dusub-465196774.html
Ermənistan sərhədçisi kilsənin yanında minaya düşüb
Ermənistan sərhədçisi kilsənin yanında minaya düşüb
Sputnik Azərbaycan
Mayın sonunda erməni sərhədçiləri Azərbaycanla sərhədin təxminən 7 kilometrlik hissəsini mühafizə altına alıblar. 06.06.2024, Sputnik Azərbaycan
2024-06-06T15:56+0400
2024-06-06T15:56+0400
2024-06-06T16:28+0400
ermənistan
dünya xəbərləri
ermənistan milli təhlükəsizlik xidməti
delimitasiya və demarkasiya
delimitasiya
kilsə
kilsə xadimi
tavuş
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348284_0:205:2913:1844_1920x0_80_0_0_b4fa1ee77fbd5cef3aaa79e8045eca96.jpg
BAKI, 6 iyun — Sputnik. Azərbaycanla sərhədin may ayında delimitasiya olunmuş hissəsində Voskepar kəndi yaxınlığında erməni sərhədçi minaya düşüb. Bunu Ermənistan parlamentinin "Ermənistan" müxalifət fraksiyasından olan deputatı Qarnik Danielyan deyib. "Məndə olan məlumata görə, erməni sərhədçi Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Məryəm kilsəsinin yaxınlığında mina partlaması nəticəsində yaralanıb" – deputat sosial şəbəkədə yazıb. Mayın sonunda Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirmişdi ki, erməni sərhədçiləri Berkaber, Voskepar və Bağanis kəndləri yaxınlığında hərbçiləri əvəz edərək, Azərbaycanla sərhədin təxminən 7 kilometrlik hissəsini mühafizə altına alıblar. Mayın ortalarında Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının iclası keçirilib və onun yekununda protokol imzalanıb. Aprelin ortalarında isə komissiyalar bildirmişdilər ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər əvvəllər birbaşa Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), , Kirants (Ermənistan) - Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızıl Hacılı (Azərbaycan) yaşayış məntəqələri arasında sərhədin ayrı-ayrı hissələrini razılaşdırıblar.
tavuş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348284_92:0:2821:2047_1920x0_80_0_0_8daecc5590b409754409e62c33e636b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, ermənistan milli təhlükəsizlik xidməti, delimitasiya və demarkasiya, delimitasiya, kilsə, kilsə xadimi, tavuş
ermənistan, ermənistan milli təhlükəsizlik xidməti, delimitasiya və demarkasiya, delimitasiya, kilsə, kilsə xadimi, tavuş
Ermənistan sərhədçisi kilsənin yanında minaya düşüb
15:56 06.06.2024 (Yenilənib: 16:28 06.06.2024) Mayın sonunda erməni sərhədçiləri Azərbaycanla sərhədin təxminən 7 kilometrlik hissəsini mühafizə altına alıblar.
BAKI, 6 iyun — Sputnik. Azərbaycanla sərhədin may ayında delimitasiya olunmuş hissəsində Voskepar kəndi yaxınlığında erməni sərhədçi minaya düşüb. Bunu Ermənistan parlamentinin "Ermənistan" müxalifət fraksiyasından olan deputatı Qarnik Danielyan deyib.
"Məndə olan məlumata görə, erməni sərhədçi Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Məryəm kilsəsinin yaxınlığında mina partlaması nəticəsində yaralanıb" – deputat sosial şəbəkədə yazıb.
Mayın sonunda Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirmişdi ki, erməni sərhədçiləri Berkaber, Voskepar və Bağanis kəndləri yaxınlığında hərbçiləri əvəz edərək, Azərbaycanla sərhədin təxminən 7 kilometrlik hissəsini mühafizə altına alıblar.
Mayın ortalarında Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının iclası keçirilib və onun yekununda protokol imzalanıb. Aprelin ortalarında isə komissiyalar bildirmişdilər ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər əvvəllər birbaşa Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), , Kirants (Ermənistan) - Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızıl Hacılı (Azərbaycan) yaşayış məntəqələri arasında sərhədin ayrı-ayrı hissələrini razılaşdırıblar.