https://sputnik.az/20240606/bank-kartindan-ogurluq-eden-qadin-saxlanilib-462544927.html
Növbəti kibercinayətkarlıq: Maşınını satmaq istəyən şəxs bank kartındakı pulundan da oldu
Növbəti kibercinayətkarlıq: Maşınını satmaq istəyən şəxs bank kartındakı pulundan da oldu
Sputnik Azərbaycan
Bu dəfə vətəndaşdan avtomobili görmədən almaq istəyən naməlum şəxs tərəfindən beh göndərmək üçün bank kartı məlumatları istənilib. 06.06.2024, Sputnik Azərbaycan
2024-06-06T15:10+0400
2024-06-06T15:10+0400
2024-06-06T16:20+0400
kart
qadın
oğurluq
oğurluq
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e8/04/01/463637995_0:0:3642:2048_1920x0_80_0_0_7f6ebeeb0c9c00a402a17fca3bd00c56.jpg
BAKI, 6 iyun - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) bank kartından böyük məbləğdə pul oğurlanmasına dair növbəti faktı açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev bununla bağlı sosial şəbəkə hesabında yazıb:"Avtomobil elanı saytlarından birində şəxsi nəqliyyat vasitəsini satışa qoyan şəxsə xarici nömrədən zəng gəlib, satılan avtomobili almaq istədiklərini bildiriblər. Razılaşıblar. Avtomobili görmədən naməlum şəxs beh göndərilməsi üçün bank kartı məlumatlarını istəyib. Beləliklə, həmin şəxsə müxtəlif suallar verə-verə, fikirini yayındıraraq sanki verilən məlumatlar o qədər əhəmiyyətli deyilmiş kimi görüntü yaratmaqla bank kartından 7300 manat vəsaiti çıxarıblar. Hadisə dünən olub". Xatırladaq ki, mayın 13-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb. Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev kibercinayətkarlarla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, kibercinayətkarlar "O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, "I"-dan "i", yaxud əksinə geniş istifadə edirlər. Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir: "Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!".10.02.24, 10:54Bank kartından oğurluq edən qadın saxlanılıbBank kartından oğurluq edən qadın saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də paytaxt sakini olan bir nəfərin bank kartından 1500 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/01/463637995_104:0:2835:2048_1920x0_80_0_0_d19a254e4200dcfee51660a4f83c43c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kart, qadın, oğurluq, oğurluq
kart, qadın, oğurluq, oğurluq
Növbəti kibercinayətkarlıq: Maşınını satmaq istəyən şəxs bank kartındakı pulundan da oldu
15:10 06.06.2024 (Yenilənib: 16:20 06.06.2024) Bu dəfə vətəndaşdan avtomobili görmədən almaq istəyən naməlum şəxs tərəfindən beh göndərmək üçün bank kartı məlumatları istənilib.
BAKI, 6 iyun - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) bank kartından böyük məbləğdə pul oğurlanmasına dair növbəti faktı açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev bununla bağlı sosial şəbəkə hesabında yazıb:
"Avtomobil elanı saytlarından birində şəxsi nəqliyyat vasitəsini satışa qoyan şəxsə xarici nömrədən zəng gəlib, satılan avtomobili almaq istədiklərini bildiriblər. Razılaşıblar. Avtomobili görmədən naməlum şəxs beh göndərilməsi üçün bank kartı məlumatlarını istəyib. Beləliklə, həmin şəxsə müxtəlif suallar verə-verə, fikirini yayındıraraq sanki verilən məlumatlar o qədər əhəmiyyətli deyilmiş kimi görüntü yaratmaqla bank kartından 7300 manat vəsaiti çıxarıblar. Hadisə dünən olub".
Xatırladaq ki, mayın 13-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev kibercinayətkarlarla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, kibercinayətkarlar "O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, "I"-dan "i", yaxud əksinə geniş istifadə edirlər.
Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir:
"Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!".
Bank kartından oğurluq edən qadın saxlanılıb
Bank kartından oğurluq edən qadın saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də paytaxt sakini olan bir nəfərin bank kartından 1500 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.