Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda süni intellektə bunu da etdilər

© iStock.com / MonsitjSüni intellekt
Süni intellekt - Sputnik Azərbaycan, 1920, 06.06.2024
Abunə olmaq
Tural Məmmədov bildirib ki, hakerlər etik və digər sərhədlər tanımır, hər vasitədən maksimum istifadə edir ki, kiberdələduzluq halını genişləndirsinlər və vətəndaşları aldatsınlar.
BAKI, 6 iyun — Sputnik. Azərbaycanda süni intellekt artıq şantaj və montaj texnologiyası kimi istifadə edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.
"Ölkəmizdə çox əhəmiyyətli tədbirlər keçirilir və bu baxımdan "deepfake" texnologiyaları ilə hazırlanan məlumatlarla çox diqqətli olmalıyıq. Hakerlər etik və digər sərhədlər tanımır, hər vasitədən maksimum istifadə edir ki, kiberdələduzluq halını genişləndirsinlər və vətəndaşları aldatsınlar. Texnologiyalar bir az daha inkişaf edəndən sonra bu təhlükələri anlamaq daha da çətin olacaq" - deyə o qeyd edib.
Xəbər lenti
0