https://sputnik.az/20240605/zahid-oruc-azad-edilmis-erazilerde-belediyye-orqanlarinin-yaradilmasi-mumkun-olacaq-465155285.html
Zahid Oruc: Azad edilmiş ərazilərdə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq
Zahid Oruc: Azad edilmiş ərazilərdə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq
Sputnik Azərbaycan
Komitə sədri bildirib ki, bələdiyyələrin sayı 1999-cu ildə 2667 olub, cari ildə isə 2731-dir. Lakin bu qədər çoxsaylı olması səbəbi ilə bələdiyyələrin sayının... 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T12:05+0400
2024-06-05T12:05+0400
2024-06-05T12:40+0400
cəmiyyət
bələdiyyə
deputat
zahid oruc
milli məclis
ev
təsərrüfat
nəfər
qanun
https://cdnn1.img.sputnik.az/img/40534/01/405340143_0:33:1689:983_1920x0_80_0_0_5dac65de2eba316269aad74c0d5cb53d.jpg
BAKI, 5 iyun — Sputnik. "Qeyri-rəsmi rəqəmlərə görə, 2023-cü ildə bütün bələdiyyələrdə 36 milyon manat büdcə vəsaiti formalaşıb, lakin 1600-dən çox bələdiyyə üçün bu rəqəm 2005-ci ildəki 50 milyonluq səviyyədən də aşağıdır". Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" kitabının təqdimatında söyləyib. O bildirib ki, Vətən müharibəsində Qələbə həm də 30 il bələdiyyə orqanlarını yarada bilməyən 700 mindən çox əhalinin, 400 minə yaxın seçicinin də hüquqlarının özlərinə qaytarılması deməkdir. Komitə sədri diqqətə çatdırıb ki, son 30 ildə ilk dəfə Zəngilan, Laçın, o cümlədən inzibati coğrafiyası dəqiqləşdirilən Ağdərə və artıq bir qrup əhalisi qayıdan Füzuli, nəhayət, yaxın gələcəkdə Şuşa rayonu üzrə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq. Belə bir şəraitdə, yerli özünüidarə ilə bağlı islahatları da dərinləşdirməyə ehtiyac var. Xatırladaq ki, aprel ayında Prezident İlham Əliyev "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib. "Bələdiyyələrin statusu haqqında" qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək. Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40534/01/405340143_7:0:1604:1198_1920x0_80_0_0_ca31fb7973aeb81e7c6098dfff90f124.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bələdiyyə, deputat, zahid oruc, milli məclis, ev, təsərrüfat, nəfər, qanun
bələdiyyə, deputat, zahid oruc, milli məclis, ev, təsərrüfat, nəfər, qanun
Zahid Oruc: Azad edilmiş ərazilərdə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq
12:05 05.06.2024 (Yenilənib: 12:40 05.06.2024) Komitə sədri bildirib ki, bələdiyyələrin sayı 1999-cu ildə 2667 olub, cari ildə isə 2731-dir. Lakin bu qədər çoxsaylı olması səbəbi ilə bələdiyyələrin sayının azaldılması haqqında qərar qəbul edildi.
BAKI, 5 iyun — Sputnik. "Qeyri-rəsmi rəqəmlərə görə, 2023-cü ildə bütün bələdiyyələrdə 36 milyon manat büdcə vəsaiti formalaşıb, lakin 1600-dən çox bələdiyyə üçün bu rəqəm 2005-ci ildəki 50 milyonluq səviyyədən də aşağıdır". Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" kitabının təqdimatında söyləyib.
"Bələdiyyələrin sayı 1999-cu ildə 2667 olub, cari ildə isə 2731-dir. Lakin bu qədər çoxsaylı olması səbəbi ilə məhdud əhali, torpaq sahəsi və resursları əhatə etməsi, dolğun büdcə formalaşdıra bilməməsi, yerli problemlərin öhdəsindən gəlməməsi və beynəlxalq təcrübə nəzərə alınaraq, bələdiyyələrin sayının azaldılması haqqında qərar qəbul edildi. Nəticədə, 2009-cu ildə 1716, 2014-cü ildə 1607, 2019-cu ildə isə 1606 bələdiyyə vahidi seçildi. Nəhayət, 2024-cü ildə qəbul edilən qərarla ölkə üzrə son iki il ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla bələdiyyələrin birləşdirilməsi həyata keçirildi" - Zahid Oruc vurğulayıb.
O bildirib ki, Vətən müharibəsində Qələbə həm də 30 il bələdiyyə orqanlarını yarada bilməyən 700 mindən çox əhalinin, 400 minə yaxın seçicinin də hüquqlarının özlərinə qaytarılması deməkdir.
Komitə sədri diqqətə çatdırıb ki, son 30 ildə ilk dəfə Zəngilan, Laçın, o cümlədən inzibati coğrafiyası dəqiqləşdirilən Ağdərə və artıq bir qrup əhalisi qayıdan Füzuli, nəhayət, yaxın gələcəkdə Şuşa rayonu üzrə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq. Belə bir şəraitdə, yerli özünüidarə ilə bağlı islahatları da dərinləşdirməyə ehtiyac var.
Xatırladaq ki, aprel ayında Prezident İlham Əliyev "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.
"Bələdiyyələrin statusu haqqında" qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.
Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.