https://sputnik.az/20240605/unun-qiymeti-niye-bahalasib-465163872.html
Unun qiyməti niyə bahalaşıb?
Unun qiyməti niyə bahalaşıb?
Sputnik Azərbaycan
Vidadi Ələsgərov bildirib ki, hazırda dəyirmanlarda 50 kiloqramlıq əla növ un kisəsi 28 manat 50 qəpikdir. 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T21:58+0400
2024-06-05T21:58+0400
2024-06-05T21:58+0400
un
iqtisadiyyat
qiymət
dəvəçi kəndi
dəyirman
azərbaycan
manat
qəpik
https://cdnn1.img.sputnik.az/img/42247/60/422476094_0:137:3041:1847_1920x0_80_0_0_109c9244a5eae08b42168f179a91aa99.jpg
BAKI, 5 iyun — Sputnik. Azərbaycanda unun qiyməti yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a un satışı ilə məşğul olan satıcılar məlumat verib. Onların verdiyi məlumata görə, əvvəlki aylarda 26-27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 30-32 manata təklif edilir. "Dəvəçi-Dəyirman" MMC-nin səlahiyyətli nümayəndəsi Vidadi Ələsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, unun qiyməti dəyirmanlarda 28 manat 50 qəpikdir. O, may ayı ilə müqayisədə qiymətlərdə iki manat bahalaşma olduğunu söyləyib. O, əlavə edib ki, unun bahalaşmasının səbəbi, Rusiyanın taxıl ixracını dayandırmasıdır. Xatırladaq ki, ötən il ölkədə unun qiyməti iki dəfə bahalaşıb. Belə ki, 2022-ci ilin əvvəlində 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42247/60/422476094_0:0:2731:2048_1920x0_80_0_0_d38118717961ad0cb1b04a9c14066d6b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
un, qiymət, dəvəçi kəndi, dəyirman, azərbaycan, manat, qəpik
un, qiymət, dəvəçi kəndi, dəyirman, azərbaycan, manat, qəpik
Unun qiyməti niyə bahalaşıb?
Vidadi Ələsgərov bildirib ki, hazırda dəyirmanlarda 50 kiloqramlıq əla növ un kisəsi 28 manat 50 qəpikdir.
BAKI, 5 iyun — Sputnik. Azərbaycanda unun qiyməti yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a un satışı ilə məşğul olan satıcılar məlumat verib. Onların verdiyi məlumata görə, əvvəlki aylarda 26-27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 30-32 manata təklif edilir.
"Dəvəçi-Dəyirman" MMC-nin səlahiyyətli nümayəndəsi Vidadi Ələsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, unun qiyməti dəyirmanlarda 28 manat 50 qəpikdir. O, may ayı ilə müqayisədə qiymətlərdə iki manat bahalaşma olduğunu söyləyib.
"Hazırda 50 kiloqramlıq əla növ un kisəsi 28 manat 50 qəpikdir. May ayında isə qiyməti 26 manat 80 qəpik idi. Topdansatış müəssisələri bizdən alıb üzərinə də iki-üç manat qoyub satırlar. Daşınma xərcini, fəhlə pulunu hesablasaq qiymətin 30 manatdan baha olacağı gözlənilən idi", - Vidadi Ələsgərov bildirib.
O, əlavə edib ki, unun bahalaşmasının səbəbi, Rusiyanın taxıl ixracını dayandırmasıdır.
Xatırladaq ki, ötən il ölkədə unun qiyməti iki dəfə bahalaşıb. Belə ki, 2022-ci ilin əvvəlində 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.