CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 5 iyun – FOTO

© Sputnik5 iyun
5 iyun - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 5 iyun — Sputnik. İyunun 5-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 5-də kim anadan olub?
Mikayıl Müşviq (1908-1938) - yaradıcılığında sevgi və gözəlliyi tərənnüm edən çoxlu şeirlər yaradan Azərbaycan şairidir. O, əsərlərində sosial-mədəni məsələlərə də münasibət bildirib. Şair 1937-1938-ci illərin "böyük terrorunun" qurbanı olub.
© Photo : PUBLIC DOMAINMikayıl Müşfiq
Mikayıl Müşfiq - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Mikayıl Müşfiq
Vaqif Səmədoğlu (1939-2015) - Azərbaycanın xalq şairi və "Humay" mükafatı laureatıdır. O, "Şərəf", "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
© Photo : APAVaqif Səmədoğlu
Vaqif Səmədoğlu - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Vaqif Səmədoğlu
Hamlet Xanızadə (1941-1990) - Azərbaycan SSR əməkdar artisti, teatr və kino aktyorudur. O, "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Babək", "Qızıl uçurum", "Birisigün, gecəyarısı" filmlərində rol alıb.
© Sputnik / Kemale AliyevaHamlet Xanızadə
Гамлет Ханызаде - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Hamlet Xanızadə
Natiq Rəsulzadə (1949) - Azərbaycanın xalq yazıçısı və "Şöhrət" ("Şöhrət") ordeninin sahibidir. O, təkcə vətənində deyil, həm də Rusiya, Macarıstan, Polşa və Yuqoslaviyada nəşr olunan 30-dan çox kitabın müəllifidir. Bunlardan "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Sevgi ili", "Bayramda yağış", "Xəyallar arasında" kitablarını qeyd etmək olar.
© Sputnik / Kemale AliyevaNatiq Rəsulzadə
Народный писатель Натиг Расулзаде - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Natiq Rəsulzadə
Uorren Frost (1925-2017) - ABŞ teatr və kino aktyorudur. "Twin Peaks" filmi aktyora böyük populyarlıq gətirib.
Barbara Brılska (1941) - Polşa teatr və kino aktrisasıdır. O, SSRİ-də Eldar Ryazanovun "Taleyin ironiyası, ya da həmişə təmizlikdə!" filminin baş qəhrəmanı Nadya Şevelyova rolu ilə tanınıb.
© Sputnik / V. Alisov / Mediabanka keçid Barbara Brılskа
Съемки фильма Ирония судьбы, или С легким паром!  - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Barbara Brılskа
Yuri Vyazemski (1951) – Sovet və Rusiya yazıçısı, teleaparıcı, RF əməkdar mədəniyyət işçisidir. O, "Parlaq zəka" televiziya proqramının müəllifi və daimi aparıcısıdır (1992-ci ildən).
© Sputnik / Евгений Одиноков Yuri Vyazemski
 Yuri Vyazemski  - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Yuri Vyazemski
Valdis Pelş (1967) - rusiyalı musiqiçisi, şoumen, teleaparıcı, rejissor və prodüserdir. O, "Melodiyanı tapın", "Rusiya ruletkası" televiziya proqramlarının aparıcısı kimi şöhrət qazanıb.
© Sputnik / Кирилл ЗыковValdis Pelş
Valdis Pelş - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Valdis Pelş
Mark Uolberq (1971) - ABŞ aktyoru, musiqiçi və modeldir. O, "Mükəmməl fırtına", "Meymunlar planeti", "İtalyan sayağı soyğunçuluq", "Maks Peyn" və s. filmlərdə rol alıb.
© AP Photo / Chris PizzelloMark Uolberq
Актер Марк Уолберг на встрече с фанатами - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Mark Uolberq
Hüseyn Həsənov (1994) Azərbaycan əsilli rusiyalı blogerdir. O, müxtəlif illərdə "İlin kişi blogeri" və "İlin blogeri" mükafatlarına layiq görülüb.
© Photo : social page of gusein.gasanov Hüseyn Həsənov
Гусейн Гасанов, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Hüseyn Həsənov
5 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1972-ci ildə BMT Baş Assambleyasının 27-ci sessiyasında iyunun 5-i Ümumdünya Ətraf Mühit Günü elan edilib. Həmçinin BMT-nin ətraf mühit üzrə yeni proqram - YUNEP də qəbul edilib.
1981-ci ildə Xəstəliklərə Nəzarət Mərkəzindən olan amerikalı alim Maykl Qotlib ilk dəfə immunitet sisteminin dərin zədələnməsi ilə yeni bir xəstəliyi təsvir edib. Hərtərəfli analiz ABŞ tədqiqatçıların 1982-ci ildə "Aquired Immune Deficience Syndrom" (AIDS) - Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) adını almış əvvəllər məlum olmayan sindromun mövcudluğu ilə bağlı nəticəyə gətirib.
2006-cı ildə Türkiyənin Antalya şəhərində 40 ölkədən 300 nümayəndənin iştirak etdiyi Dünya Azərbaycanlı Ziyalılarının I Forumu keçirilib.
2014-cü ildən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü qeyd edilir.
Xəbər lenti
0