CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda zibillikdən "F-1" qumbaraları tapılıb

© Sputnik / Виталий Аньков / Mediabanka keçidƏlində qumbara tutan şəxs
Əlində qumbara tutan şəxs - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Məişət tullantılarının üzərindən 2 ədəd "F-1" markalı əl qumbarası aşkarlanıb.
BAKI, 5 iyun — Sputnik. Sumqayıtda iki "F-1" markalı əl qumbarası aşkar edilib. Hadisə Sumqayıt şəhərinin 22-ci məhəllədə qeydə alınıb.
Məişət tullantılarının üzərindən 2 ədəd "F-1" markalı əl qumbarası aşkarlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən gün Fövqəladə Hallar Nazirliyi Naxçıvanın 5 kəndində hərbi sursatlar aşkarlanması barədə məlumat yaymışdı. Bildirilirdi ki, "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Çalxanqala, Təzəkənd, Şahtaxtı və Xok kəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0