https://sputnik.az/20240605/serqi-zengezurda-daha-iki-gunes-stansiyasinin-temeli-qoyulacaq----perviz-sahbazov-465148081.html
Şərqi Zəngəzurda daha iki günəş stansiyasının təməli qoyulacaq - Pərviz Şahbazov
Şərqi Zəngəzurda daha iki günəş stansiyasının təməli qoyulacaq - Pərviz Şahbazov
Sputnik Azərbaycan
Nazir qeyd edib ki, 240 meqavat gücündə "Şəfəq" günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının "vitrin" layihəsi olacaq. 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T10:43+0400
2024-06-05T10:43+0400
2024-06-05T10:46+0400
energetika naziri pərviz şahbazov
iqtisadiyyat
forum
cop29
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218952_0:0:2961:1665_1920x0_80_0_0_09671be451ae883ba06e98db32b99a3d.jpg
BAKI, 5 iyun — Sputnik. 2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində biz 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmağı planlaşdırırıq ki, bu da bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 33 faizə çatdıracaq. Bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O bildirib ki, BP və "Nobel Energy" ilə Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur. Nazir qeyd edib ki, 240 meqavat gücündə "Şəfəq" günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının "vitrin" layihəsi olacaq. "Şəfəq" layihəsinin bərpaolunan enerjisi Səngəçalda dünyanın ən böyük neft və qaz terminallarından birini elektrikləşdirəcək. Həmçinin bu ilin aprel ayında biz 100 meqavat gücündə günəş stansiyası üzrə ilk bərpaolunan hərrac elan etdik və hərracın nəticələri COP29 zamanı açıqlanacaq. Pərviz Şahbazov vurğulayıb ki, bütün bu tədbirlər Azərbaycan Prezidentinin elan etdiyi "Yaşıl dünya naminə həmrəylik ili"nə uyğun atılan addımlardır. Qeyd edək ki, Bakıda Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumu keçirilir. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir. 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq. Bu ilki tədbirdə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma", "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" kimi mövzular müzakirə olunacaq. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub. Həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçiriləcək. Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradacaq. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218952_103:0:2652:1912_1920x0_80_0_0_e23f644371ff3bbcbf33a3a468c88683.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
energetika naziri pərviz şahbazov, forum, cop29, azərbaycan
energetika naziri pərviz şahbazov, forum, cop29, azərbaycan
Şərqi Zəngəzurda daha iki günəş stansiyasının təməli qoyulacaq - Pərviz Şahbazov
10:43 05.06.2024 (Yenilənib: 10:46 05.06.2024) Nazir qeyd edib ki, 240 meqavat gücündə "Şəfəq" günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının "vitrin" layihəsi olacaq.
BAKI, 5 iyun — Sputnik. 2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində biz 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmağı planlaşdırırıq ki, bu da bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 33 faizə çatdıracaq.
Bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, BP və "Nobel Energy" ilə Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur.
Nazir qeyd edib ki, 240 meqavat gücündə "Şəfəq" günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının "vitrin" layihəsi olacaq. "Şəfəq" layihəsinin bərpaolunan enerjisi Səngəçalda dünyanın ən böyük neft və qaz terminallarından birini elektrikləşdirəcək. Həmçinin bu ilin aprel ayında biz 100 meqavat gücündə günəş stansiyası üzrə ilk bərpaolunan hərrac elan etdik və hərracın nəticələri COP29 zamanı açıqlanacaq.
Pərviz Şahbazov vurğulayıb ki, bütün bu tədbirlər Azərbaycan Prezidentinin elan etdiyi "Yaşıl dünya naminə həmrəylik ili"nə uyğun atılan addımlardır.
Qeyd edək ki, Bakıda Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumu keçirilir.
Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir. 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq.
Bu ilki tədbirdə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma", "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" kimi mövzular müzakirə olunacaq.
COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.
Həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçiriləcək.
Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradacaq.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.