Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədindəki Nerkin Hand kəndini tərk edib

© Sputnik / STR / Mediabanka keçidRusiya sərhədçiləri
Rusiya sərhədçiləri  - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada keçirilən görüşdə Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər.
BAKI, 5 iyun — Sputnik. Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədindəki Nerkin Hand kəndini tərk edib. Bu barədə Sünik qubernatoru Robert Qukasyan jurnalistlərə bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada keçirilən görüşdə Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçiləri Ermənistan tərəfinin tələbi ilə İran və Türkiyə ilə sərhəddə qalacaq. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması ilə bağlı razılığa gəliblər.
"Həm Paşinyan, həm də Putin bu məsələdə razılığa gəliblər, lakin Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri qalacaq" - Peskov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0