https://sputnik.az/20240605/resmi-baki-sulhun-formulunu-teqdim-edib-konstitusiya-deyisiklikleri-labuddur-465141571.html
Rəsmi Bakı sülhün formulunu təqdim edib: konstitusiya dəyişiklikləri labüddür - Deputat
Rəsmi Bakı sülhün formulunu təqdim edib: konstitusiya dəyişiklikləri labüddür - Deputat
Sputnik Azərbaycan
Millət vəkili deyir ki, Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan bir neçə səbəb var və onlardan biri Ermənistan... 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T09:28+0400
2024-06-05T09:28+0400
2024-06-05T10:24+0400
sülh
təhlil
konstitusiya
arzu nağıyev
arzu nağıyev
millət vəkili
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
danışıqlar
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460919808_0:0:3638:2046_1920x0_80_0_0_b0e4b6a65bcd0881477695c04099c243.jpg
BAKI, 5 iyun — Sputnik. Ermənistan və Azərbaycan öz konstitusiyalarında qarşılıqlı problemləri dilə gətiriblər və bu problemlər uzunmüddətli sülhə maneədir. Bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib. Nazir əlavə edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi Azərbaycanla danışıqların predmeti deyil. Xatırladaq ki, 2024-cü il yanvarın 19-da baş nazir Nikol Paşinyan ölkəni yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. Fevralın 1-də İctimai Radioya müsahibəsində Baş nazir faktiki olaraq yeni Konstitusiyada Müstəqilliq haqqında bəyannaməyə heç bir istinadın olmaması lazım olduğunu açıqlayıb. Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, "Dağlıq Qarabağ"ın Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər. Millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan bir neçə səbəb var və onlardan biri Ermənistan konstitusiyasının dəyişdirilməməsidir. Millət vəkili deyir ki, Ermənistan konstitusiyasında açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları var:Millət vəkili qeyd edir ki, sülhə maneə olan ikinci məsələ hələ də Ermənistanda qondarma qurumun nümayəndiliyinin fəaliyyət göstərməsinə imkan yaradılmasıdır:Arzu Nağıyev hesab edir ki, dörd kəndi Azərbaycana qaytardığına görə, ciddi təzyiqlə üzləşən Ermənistan hakimiyyəti konstitusiya dəyişiklikləri məsələsini bir müddət təxirə salacaq. Millət vəkili xatırladıb ki, Ermənistanın qonşu ölkələrə ərazi iddiaları tək Azərbaycanla da məhdudlaşmır:"Bu baxımdan Ermənistan konstitusiyasında dəyişikliklər labüddür".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460919808_46:0:2777:2048_1920x0_80_0_0_1fba4db7148aebe1043d91de2433f8c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sülh, konstitusiya, arzu nağıyev, arzu nağıyev, millət vəkili, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, danışıqlar, ararat mirzoyan, ararat mirzoyan, dəyişikliklər
sülh, konstitusiya, arzu nağıyev, arzu nağıyev, millət vəkili, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, danışıqlar, ararat mirzoyan, ararat mirzoyan, dəyişikliklər
Rəsmi Bakı sülhün formulunu təqdim edib: konstitusiya dəyişiklikləri labüddür - Deputat
09:28 05.06.2024 (Yenilənib: 10:24 05.06.2024) Millət vəkili deyir ki, Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan bir neçə səbəb var və onlardan biri Ermənistan konstitusiyasının dəyişdirilməməsidir.
BAKI, 5 iyun — Sputnik. Ermənistan və Azərbaycan öz konstitusiyalarında qarşılıqlı problemləri dilə gətiriblər və bu problemlər uzunmüddətli sülhə maneədir. Bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib.
Nazir əlavə edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi Azərbaycanla danışıqların predmeti deyil.
Xatırladaq ki, 2024-cü il yanvarın 19-da baş nazir Nikol Paşinyan ölkəni yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. Fevralın 1-də İctimai Radioya müsahibəsində Baş nazir faktiki olaraq yeni Konstitusiyada Müstəqilliq haqqında bəyannaməyə heç bir istinadın olmaması lazım olduğunu açıqlayıb. Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, "Dağlıq Qarabağ"ın Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.
Millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan bir neçə səbəb var və onlardan biri Ermənistan konstitusiyasının dəyişdirilməməsidir. Millət vəkili deyir ki, Ermənistan konstitusiyasında açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları var:
"Bunu Ermənistan rəsmiləri gözəl başa düşür. Ermənistan konstitusiyasında göstərilir ki, Qarabağ referendum keçirilməsi yolu ilə Ermənistana birləşdirilə bilər. Belə bir müddəanın təsbit olunduğu konstitusiya fonunda sülh müqaviləsi necə imzalansın. Sabah Ermənistanda hakimiyyət dəyişsə və yeni hakimiyyətin konstitusiyanın bu sarsaq müddəasını icra etmək xəyalına düşməyəcəyinə kim qaranatiya verə bilər? Bu baxımdan Azərbaycanın tələbi odur ki, Ermənistan tək hakimiyyət yox, həm də kontitusion olaraq Qarabağa olan iddialarını aradan qaldırsın. Bunun yolu isə konstitusiya dəyişilikləri üçün referendumun keçirilməsidir".
Millət vəkili qeyd edir ki, sülhə maneə olan ikinci məsələ hələ də Ermənistanda qondarma qurumun nümayəndiliyinin fəaliyyət göstərməsinə imkan yaradılmasıdır:
"Digər bir səbəb delimitasiya və demarkasiya prosesində kəndlərin qeyd-şərtsiz qaytarılması məsələsidir. Eyni zamanda Azərbaycan konstitusiyasında göstərilir ki, müasir Azərbaycan dövlət Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Lakin bu o demək deyil ki, bizim Ermənistana ərazi iddialarımız var. Azərbaycan sülhə sabitliyə tərəfdardır. Rəsmi Bakı dəfələrlə sülhün formulunu təqdim edib. Hətta müxtəlif güc mərkzələri də son dövrlər sülh istiamətində atılan addımları alqışlarla qarşılayırlar. Bu baxımdan sülh üçün addımların daha inamlı atılmasına ehtiyac var".
Arzu Nağıyev hesab edir ki, dörd kəndi Azərbaycana qaytardığına görə, ciddi təzyiqlə üzləşən Ermənistan hakimiyyəti konstitusiya dəyişiklikləri məsələsini bir müddət təxirə salacaq. Millət vəkili xatırladıb ki, Ermənistanın qonşu ölkələrə ərazi iddiaları tək Azərbaycanla da məhdudlaşmır:
"Bu baxımdan Ermənistan konstitusiyasında dəyişikliklər labüddür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.