CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QMİ bayram namazının vaxtını açıqladı

© Sputnik / Murad OrujovBayram namazı, arxiv
Bayram namazı, arxiv  - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər.
BAKI, 5 iyun — Sputnik. İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq.

"Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər" - idarənin məlumatında deyilir.

Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı — kiçik bayram) bayramlar qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.
Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0