https://sputnik.az/20240605/peter-siyarto-azerbaycanin-enerji-layiheleri-qlobal-xarakter-dasiyir-465151133.html
Peter Siyarto: Azərbaycanın enerji layihələri qlobal xarakter daşıyır
Peter Siyarto: Azərbaycanın enerji layihələri qlobal xarakter daşıyır
Sputnik Azərbaycan
Macarıstanın xarici işlər və ticarət naziri bildirib ki, Macarıstan yaşıl enerjiyə keçid proseslərini dəstəkləyir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq... 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T11:37+0400
2024-06-05T11:37+0400
2024-06-05T12:13+0400
macarıstan
iqtisadiyyat
peter siyyarto
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150141_0:160:3072:1888_1920x0_80_0_0_8946baab7760aa7aa85738e0a0ec5412.jpg
BAKI, 5 iyun — Sputnik. Macarıstan enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək. Bu sözləri Bakı Enerji Forumunda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışı zamanı deyib. O bildirib ki, alternativ enerji istehsalını artırmaq lazımdır:"Macarıstan yaşıl enerjiyə keçid proseslərini dəstəkləyir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək" - macar nazir qeyd edib. Qeyd edək ki, Bakıda Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumu keçirilir. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir. 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq. Bu ilki tədbirdə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma", "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" kimi mövzular müzakirə olunacaq. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub. Həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150141_171:0:2902:2048_1920x0_80_0_0_c4dd4efc3e812d6eb9bea9845352faad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
macarıstan, peter siyyarto
macarıstan, peter siyyarto
Peter Siyarto: Azərbaycanın enerji layihələri qlobal xarakter daşıyır
11:37 05.06.2024 (Yenilənib: 12:13 05.06.2024) Macarıstanın xarici işlər və ticarət naziri bildirib ki, Macarıstan yaşıl enerjiyə keçid proseslərini dəstəkləyir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək.
BAKI, 5 iyun — Sputnik. Macarıstan enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək.
Bu sözləri Bakı Enerji Forumunda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışı zamanı deyib.
O bildirib ki, alternativ enerji istehsalını artırmaq lazımdır:
"Azərbaycan bu sahədə böyük işlər görür və Avropaya 1 qiqavat həcmində alternativ enerji ixrac etməyi planlaşdırıb. Azərbaycanın enerji sahəsində reallaşdırdığı layihələr qlobal xarakter daşıyır. Yaxın gələcəkdə dünyada elektrik enerjisinə tələbat 2 dəfə artacaq. Azərbaycan uzaqgörən enerji strategiyası hazırlayıb və həyata keçirir. Bu strategiya daha çox yaşıl enerji istehsal etməkdən ibarətdir ki, buna da Azərbaycanın təbii və coğrafi mövqeyi imkan verir".
"Macarıstan yaşıl enerjiyə keçid proseslərini dəstəkləyir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək" - macar nazir qeyd edib.
Qeyd edək ki, Bakıda Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumu keçirilir. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir. 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq.
Bu ilki tədbirdə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma", "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" kimi mövzular müzakirə olunacaq. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.
Həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.