Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Onlara da növbə çatdı - Sahə həkimlərini nə gözləyir?

© AFP 2024 / MARTIN BUREAUHəkim, arxiv
Həkim, arxiv - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Gündəlik çağırışlardan əlavə, hər gün xidməti sahəsi üzrə dispanser qeydiyyatında olan xəstələri, ən azı iki ahıl xəstəni ziyarət etməlidirlər.
BAKI, 5 iyun — Sputnik. Sahə həkimlərinin fəaliyyətinə nəzarət gücləndirilib. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib. Xəbərə görə, TƏBİB tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində tədbirləri gücləndirib.
Bu məqsədlə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində (şəhər və uşaq poliklinikalarında) sahə həkimlərinin və sahə tibb bacılarının tibb müəssisələrində və eləcə də xidmət göstərdikləri sahələrdəki iş saatları dəqiq tənzimlənib.

Onlar iş gününün 4 saatını poliklinikada, 2 saatını isə sahədə vətəndaşlara tibbi xidmət göstərərək onların zəruri tibbi müayinələrini həyata keçirirlər.

TƏBİB tərəfindən verilən, həmçinin sahə həkimlərinə gündəlik çağırışlardan əlavə, hər gün xidməti sahəsi üzrə dispanser qeydiyyatında olan xəstələri, ahıl şəxsləri (ən azı 2 xəstə) ziyarət etmələri, ertəsi gün isə həmin tibbi çağırış və aktiv gedişlərin müvafiq qeydiyyat jurnalında (TQS31 jurnalı) qeyd olunması tapşırığı verilib.
Bununla yanaşı, sahə həkimlərinin fəaliyyətini dəyərləndirmək üçün vətəndaşlardan xidmətin keyfiyyətinin sorğusu aparılır. Bütün bunlar TƏBİB-in prioritet tutduğu sahələrdən olan ilkin səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılması, eləcə də ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə atılan addımlar çərçivəsində həyata keçirilir.
Onu da qeyd edək ki, TƏBİB əhalinin ilkin səhiyyə xidmətinə əlçatanlığının daha da asanlaşdırılması və ümumilikdə ilkin səhiyyə xidmətinin optimallaşdırılması, keyfiyyətinin artırılması istiqamətində fəaliyyəti gücləndirib. Bununla əlaqədar olaraq, tibb müəssisələrində fəaliyyət göstərən sahə həkimlərinin işinin keyfiyyətini yüksəltmək məqsədilə onların işinə nəzarət artırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0