Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbçimiz paraşütdən atlama təlimi zamanı həlak olub

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidParaşütçülər tullanmadan əvvəl hazırlıq zamanı, arxiv
Paraşütçülər tullanmadan əvvəl hazırlıq zamanı, arxiv - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Nazirlik hərbi qulluqçumuzun həlak olması xəbərini təsdiqləyib.
BAKI, 5 iyun - Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik", - Nazirlikdən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.
Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0