SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: Mirzoyanın konstitusiyalarda paralellik cəhdi qəbuledilməzdir

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidCeyhun Bayramov, arxiv
Ceyhun Bayramov, arxiv - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Nazir qeyd edib ki, Ermənistanın Müstəqillik aktında, Konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır.
BAKI, 5 iyun — Sputnik. Azərbaycan XİN rəhbəri Ceyhin Bayramov erməni həmkarı Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdini qəbuledilməz adlandırıb.
Bunu Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ermənistanın Müstəqillik aktında, Konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır:

"Ermənistan cəmiyyətində belə diskussiyaların getməsi özlüyündə müsbət haldır. Amma Azərbaycan və Ermənistan konstitusiyaları arasında bu baxımdan paralellik aparmaq yolverilməzdir. Biz anlayırıq ki, bu xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər. Ona görə biz bunu qətiyyətlə yolverilməz sayırıq və digər tərəfdaşlarımızı da bununla bağlı məlumatlandırırıq".

Xatırladaq ki, Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib ki, Ermənistan və Azərbaycan öz konstitusiyalarında qarşılıqlı problemləri dilə gətiriblər və bu problemlər uzunmüddətli sülhə maneədir.
Mirzoyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diktə edildiyini iddia etmək kökündən yanlışdır:
"Bu, Ermənistanın daxili işidir" - ermənistanlı nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0