https://sputnik.az/20240605/bu-usaqlar-ucun-i-sinfe-qebul-ucun-mekteb-ve-muellim-secimi-baslayacaq-465161004.html
Bu uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi başlayacaq
Bu uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi başlayacaq
Sputnik Azərbaycan
Tədrisi digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar isə sistem tərəfindən avtomatik olaraq I... 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T14:44+0400
2024-06-05T14:44+0400
2024-06-05T15:10+0400
məktəb
təhsil
qəbul
i sinif
azərbaycan
bakı şəhəri üzrə təhsil idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066199_0:104:2000:1229_1920x0_80_0_0_3012e66a511b08ffe82ded3e6e310415.jpg
BAKI, 5 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi 12 iyun 2024-cü il saat 11:00-da başlayacaq. İdarədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, həmin tarixdən tədrisi digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil almayan və müsahibədə uğur qazanan uşaqlar üçün valideynlər tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi imkanı yaradılacaq. Tədrisi digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar isə sistem tərəfindən avtomatik olaraq I sinfə yerləşdiriləcəklər. Qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə məktəblərə şagird qəbulu ilkin olaraq prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Prioritet üzrə (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) valideynlər ilk növbədə müəyyən edilmiş müddətdə (12 iyun-12 iyul 2024-cü il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dildə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq. Onu da bildirək ki, tədris digər dildə aparılan bölmə üzrə I sinfə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə məktəb seçimi (prioritet üzrə və prioritetləri olmayan uşaqlar üçün isə müsabiqə yolu ilə qeydiyyat) 20 iyun 2024-cü il saat 18:00-da başa çatır. Müsabiqə yolu ilə qəbul aparılan ümumi təhsil müəssisələrinə prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçimi isə 08 iyul 2024-cü il tarixdə başlayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066199_112:0:1889:1333_1920x0_80_0_0_c2cef53fd83fd486da56e62473159ba7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, qəbul, i sinif, azərbaycan, bakı şəhəri üzrə təhsil idarəsi
məktəb, qəbul, i sinif, azərbaycan, bakı şəhəri üzrə təhsil idarəsi
Bu uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi başlayacaq
14:44 05.06.2024 (Yenilənib: 15:10 05.06.2024) Tədrisi digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar isə sistem tərəfindən avtomatik olaraq I sinfə yerləşdiriləcəklər.
BAKI, 5 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi 12 iyun 2024-cü il saat 11:00-da başlayacaq.
İdarədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, həmin tarixdən tədrisi digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil almayan və müsahibədə uğur qazanan uşaqlar üçün valideynlər tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi imkanı yaradılacaq. Tədrisi digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar isə sistem tərəfindən avtomatik olaraq I sinfə yerləşdiriləcəklər.
Qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə məktəblərə şagird qəbulu ilkin olaraq prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Prioritet üzrə (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) valideynlər ilk növbədə müəyyən edilmiş müddətdə (12 iyun-12 iyul 2024-cü il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər.
Müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dildə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.
Onu da bildirək ki, tədris digər dildə aparılan bölmə üzrə I sinfə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə məktəb seçimi (prioritet üzrə və prioritetləri olmayan uşaqlar üçün isə müsabiqə yolu ilə qeydiyyat) 20 iyun 2024-cü il saat 18:00-da başa çatır. Müsabiqə yolu ilə qəbul aparılan ümumi təhsil müəssisələrinə prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçimi isə 08 iyul 2024-cü il tarixdə başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.